Məhkəmə qərarları › İş №3(039)-676/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-676/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-676/2023 11.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X3 Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Xaçmaz rayonu Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayonu Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 2517 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixli, **********8648 nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 18428 kq, dəyəri 25799.20 ABŞ dolları olan “Təzə xurma” yükü X6 rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edildiyi və Şəxs MMC tərəfindən 1.12.2022-ci il tarixli, **********8648 nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 224.20 (iki yüz iyirmi dörd dollar iyirmi sent) ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və «Bestprod” MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş «Bestprod” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X5 rəisi Nazim İsayev tərəfindən Gəncə Gömrük İdarəsinin rəisi Pərviz Qədirova ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, «Bestprod” MMC tərəfindən X6 bir bəyannamə üzrə ixrac edilən yükün dəyəri 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına 224.20 ABŞ dolları (iki yüz iyirmi dollar iyirmi sent) olan vəsait köçürülməmişdir; xx.xx.2023-cü il tarixli 00900-00102/23 saylı protokoldan görünür ki, Xaçmaz rayonu Üçgünqışlaq kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 2517 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixli, **********8648 nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 18428 kq, dəyəri 25799.20 ABŞ dolları olan “Təzə xurma” yükü X6 rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac edildiyi və Şəxs MMC tərəfindən 1.12.2022-ci il tarixli, **********8648 nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 224.20 (iki yüz iyirmi dörd dollar iyirmi sent) ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolla, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə prosesində verdidiyi izahatı ilə və iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, «Bestprod” MMC tərəfindən ümumi dəyəri 25799,20 ABŞ dolları olan 18428 kq “təzə xurma” yükü xx.xx.2022-ci il tarixdə X6 rəsmiləşdirilərək Ukrayna Respublikasına ixrac olunmuş və bu barədə eyni tarixli gömrük bəyannaməsi tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, Şəxs MMC xx.xx.2022-ci il tarixdən 180 gün ərzində, yəni 11 iyun 2023cü il tarixədək ixrac etdiyi məhsulun qalıq məbləği olan 224,20 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta- 224,20 ABŞ dolları vəsaitin otuz faizi miqdarında, yəni 67 ABŞ dolları 26 sent (ödənilən günə manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar