Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-681/2021 20.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında AP ******* saylı, 31.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 31 avqust 2021-ci il tarixdə saat 11:00-da Yevlax rayonu Qaramanlı kənd yolunda bir baş iri buynuzlu heyvanı asfalt və sementbeton örtüklü yola çıxardaraq sürücü Zərərçəkmiş şəxs məxsus VAZ 21703 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər dəymişdir. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 31 avqust 2021-ci il tarixdə ona məxsus olan VAZ 21703 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu Qaramanlı kəndində asfalt yolda hərəkətdə olan zaman qarşıdan avtomobil gəldiyi üçün öz avtomobilini dayandırmışdır. Bu zaman asfalt və sement-beton örtüklü yolda dörd baş iri buynuzlu heyvandan bir baş iri buynuzlu heyvan onun avtomobilinə maddi zərər yetirmişdir. Ona dəymiş olan maddi zərər inzibati xəta törədən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, 31.08.2021-ci il tarixdə ona məxsus dörd baş iri buynuzlu heyvanı Yevlax rayonu Qaramanlı kəndində asfalt yoldan keçirərkən VAZ 21703 minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs BC dərəcəli sürücülük vəsiqəsi var və 01.04.2031-ci il tarixədək qüvvədədir. İş materiallarında olan 31 avqust 2021-ci il tarixli, 386 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı sərxoşluq əlaməti olmamışdır. İş materiallarında olan Avtovaz Texniki Xidmət Yevlax 1 saylı “Xəzər-Lada” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01.09.2021-ci il tarixli, 55 saylı rəydə “VAZ-21703” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə 490 (dörd yüz doxsan) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Zərərçəkmiş şəxs izah edilsin ki, ona dəymiş olan maddi zərərin ödənilməsi üçün aidiyyəti üzrə məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : xx.xx.1969-cu il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-681/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-681/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver