Məhkəmə qərarları › İş №3(039)-682/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-682/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-682/2023 12.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X4, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən,daxili xidmət polkovniki X9 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 350 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Nizami prospektində yerləşən "xxxx" ASC-yə məxsus gübrə anbarında YTM zamanı YTQ-01- 2001 4-2 və 6-1 bəndlərinin tələbləri pozulmuşdur.Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən,daxili xidmət polkovniki X9 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə X5 350 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırılmışdır ki,FHN-nin əməkdaşları gəlib anbara baxış keçirmiş,Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi tərəfindən qərar 18 aprel 2023-cü il tarixdə qəbul olunsada həmin qərardan 26 sentyabr 2023-cü il tarixdə İcra və Probasiya Şöbəsi tərəfindən məlumatı olduğunu,o "xxxx" ASC-də anbardar vəzifəsində işlədiyini,həmin ASC-də vəzifəli şəxs olmadığını,həmin anbar Yevlax Kəndtəchizat ASC-yə məxsus olduğunu, "xxxx" ASC ilə Yevlax Kəndtəchizat ASC ilə aralarında icarə müqaviləsinin olduğunu,həmin müqavilənin 2.1.4-cü bəndində “Anbar ilə əlaqəli dövlət qurumlarıyla olan bütün məsələlərdə,məhsuliyyəti icarəyə verən daşıyır” qeyd olunduğunu, və cərimənin ona əsassız yerə yazıldığını düşünərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən,daxili xidmət polkovniki X9 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2 Səbuhi Məqsəd oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək anbara cavabdeh şəxs Səbuhi Hüseynovun olduğunu,yoxlamalar zamanı anbarların H.Səbuhi ilə birgə yoxlandığını,yoxlama zamanı nöqsanlar olduğu üçün şərti cərimə tətbiq olunduğunu,1 ay gözlənildikdən sonra qərarın icraya yönəldiyini,protokol tərtib edilən zaman onlara icarə müqaviləsinin təqdim olunmadığı,həmin protokol əsasında xx.xx.2023-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu,qərar qanuni qüvvəsini aldıqdan sonra icra şöbəsinə yönəldiyini,qərar poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Səbuhi Hüseynova catdığını,inzibati tənbeh vermə haqqında qərar 18 aprel 2023-cü il tarixdə tərtib olduğundan, şikayət isə 04 oktyabr 2023-cü il tarixdə verildiyindən,qərardan şikayət vermə müddətinin ötürüldüyündən Elnur Mustafayev tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək qərarın qüvvədə qalmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Nizami prospektində yerləşən "xxxx" ASC-yə məxsus gübrə anbarında YTM zamanı YTQ-01- 2001 4-2 və 6-1 bəndlərinin tələbləri pozulmuşdur.Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən,daxili xidmət polkovniki X9 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə X5 350 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 536.1-ci maddəsinə əsasən Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Nizami prospektində yerləşən "xxxx" ASC-yə məxsus gübrə anbarında YTM zamanı YTQ-01- 2001 4-2 və 6-1 bəndlərinin tələbləri pozulması faktı aşkar edilmiş və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinmişdir. X1, şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, Səbuhi Hüseynov "xxxx" ASC-də anbardar vəzifəsində işlədiyindən vəzifəli şəxs olduğundan,həmin anbarlara Səbuhi Hüseynov nəzarət etdiyindən, "xxxx" ASC anbarı 01 dekabr 2021-ci il tarixli 046/AİS-YKT nömrəli icarə müqavilə əsasında Yevlax Kəndtəchizat ASC-dən icarəyə götürsədə hazırda anbardan "xxxx" ASC istifadə edir.Həmçinin cərimə şərti olaraq tətbiq edildiyindən,törədilən hüquqpozmanı aradan qaldırılması üçün H.Səbuhinin yetərincə vaxtı olduğundan hüquqpozmanı aradan qaldırmamışdır.Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X3 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar