Məhkəmə qərarları › İş №3(039)-684/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-684/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-684/2020 09.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6, zərərçəkmiş şəxslər X3, X7, X12 və X2 qanuni nümayəndəsi X9, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 227-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş protokollar xx xxxxxxx 2020-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:00-da radələrində Yevlax şəhəri Nüşabə küçəsi ev 43-də yaşayan X4 itələyib yıxaraq xəsarət yetirmişdir. Bundan əlavə olaraq Şəxs xx xxxxxx 2020-ci il tarixdə X3 yaşadığı Yevlax şəhəri, Məhsəti küçəsi 10 saylı evinin həyətindən 13 ədəd toyuqlarını, xx xxxxxx 2020-ci il tarixdə X1 yaşadığı Yevlax şəhəri Nizami küçəsi 243 saylı evinin həyətindən 7 ədəd toyuqlarını və 2 ədəd qazlarını, xx xxxxxxx 2020-ci il tarixdə X7 yaşadığı Məhsəti küçəsi 39 saylı evinin zirzəmisindən dəyəri 95 manat olan laqonda, xx xxxxxxxx 2020-ci il tarixdə X12 yaşadığı R.Balakişiyev küçəsi 23 saylı evinin həyətindən dəyəri 4 ədəd toyuq və başqa tarixlərdə su nasosu, laqonda, direl və lobzikini, xx xxxxxxxx 2020-ci il tarixdə X5 yaşadığı Vaqif küçəsi 115 saylı evinin həyətindən dəyəri 5 ədəd toyuqlarını, xx xxxxxxxx 2020-ci il tarixdə X10 yaşadığı Ü.Hacıbəyov küçəsi 147 saylı evinin həyətindən dəyəri 1 ədəd su nasosunu, qab-qacaqlarını və xx xxxxxxxx 2020-ci il tarixdə X13 yaşadığı C.Kərimov küçəsi 112 saylı evinin həyətindən dəyəri 4 ədəd hind quşunu və uşaq velosipedini oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material 09 oktyabr2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati protokolları tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X14 məhkəmə iclasında inzibati xəta haqqında protokolların dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, yadında qalmadığı tarixdə Yevlax şəhəri Nüşabə küçəsindəki evə oğurluğa girən zaman qarşısına uşaq çıxdığından o qorxaraq həmin yerdən qaçmışdır. Qaçan zaman o, həmin uşağa toxunduğundan uşaq yıxılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Yadında qalmayan tarixlərdə Yevlax şəhərində yadında qalmayan ünvanlardan toyuq, qaz, hind quşu, laqonda, usta alətləri və başqa əşyaları oğurlamamışdır. Bu günə kimi zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Bu hərəkəti etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, yaşadığı Yevlax şəhəri, Məhsəti küçəsi 10 saylı evinin həyətindən 13 ədəd toyuqlarını oğurlanmışdır. Bu günə qədər ona dəymiş ziyan ödənilmədiyindən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, yaşadığı yaşadığı Məhsəti küçəsi 39 saylı evinin zirzəmisindən dəyəri 95 manat olan laqondanı oğurlanmışdır. Bu günə qədər ona dəymiş ziyan ödənilmədiyindən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, yaşadığı R.Balakişiyev küçəsi 23 saylı evinin həyətindən dəyəri 4 ədəd toyuq və başqa tarixlərdə su nasosu, laqonda, direl, lobzikini oğurlanmışdır. Hazırda Şəxs heç bir şikayətinin və tələbinin olmamasını bildirərək barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə X13 yaşadığı C.Kərimov küçəsi 112 saylı evinin həyətindən dəyəri 4 ədəd hind quşunu və uşaq velosipedini oğurlamışdır; xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə X12 yaşadığı R.Balakişiyev küçəsi 23 saylı evinin həyətindən dəyəri 4 ədəd toyuq və başqa tarixlərdə su nasosu, laqonda, direl və lobzikini oğurlamışdır; xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə X10 yaşadığı Ü.Hacıbəyov küçəsi 147 saylı evinin həyətindən dəyəri 1 ədəd su nasosunu vəqab-qacaqlarını oğurlamışdır; xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə X5 yaşadığı Vaqif küçəsi 115 saylı evinin həyətindən dəyəri 5 ədəd toyuqlarını oğurlamışdır; xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə X7 yaşadığı Məhsəti küçəsi 39 saylı evinin zirzəmisindən dəyəri 95 manat olan usta alətlərini oğurlamışdır; xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə X1 yaşadığı Yevlax şəhəri Nizami küçəsi 243 saylı evinin həyətindən 7 ədəd toyuqlarını və 2 ədəd qazlarını oğurlamışdır; xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə X3 yaşadığı Yevlax şəhəri, Məhsəti küçəsi 10 saylı evinin həyətindən 13 ədəd toyuqlarını oğurlamışdır; xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:00-da radələrində Yevlax şəhəri Nüşabə küçəsi ev 43-də yaşayan X4 itələyib yıxaraq xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, zərərçəkmiş şəxslərin ərizələri əsasında toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanmasının rədd edilmişdir və inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarların surəti aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir; inzibati qaydada tutma haqqında xx xxxxxxx 2020-ci il tarixlu protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur; Yevlax rayon Məhkəməsinin qərarlarından görünür ki, Şəxs əvvəllər də eyni əmələ görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxslərin, izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi - bir il ərzində təkrarən eyni inzibati xəta törətməsini (İXM 33.1.2) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 227-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 227-ci maddələri ilə təqsirli bilinib 85 (səksən beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar