Məhkəmə qərarları › İş №3(039)-685/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-685/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-685/2021 06.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin Hakimi Əlizadə Ruslan Əliyar oğlu Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Vİİİ Tağımın YPX-nin inspektoru polis serjantı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 334.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol- Patrul Xidməti Alayının Vİİİ tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında İXP ******* saylı, 04.09.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 04 sentyabr 2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində idarə etdiyi VAZ 21074 minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Məhəkəm iclasında inzibati xəta haqqında protoloku tərtib etmiş BDYPİ-nin Yol- Patrul Xidməti Alayının Vİİİ Tağımın YPX-nin inspektoru polis serjantı X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Aran qəsəbəsində yaşayır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 04 sentyabr 2021-ci il tarixdə axşam radələrində Yevlax rayonu, Aran qəsəbəsində kafedə oturub bir bokal pivə içdikdən sonra idarə etdiyi VAZ 21074 minik markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Aran qəsəbəsində hərəkət etmişdir. Avtomobili sərxoş vəziyyətdə idarə etmişdir və hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Vİİİ Tağımın YPX-nin inspektoru polis serjantı X2 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 04 sentyabr 2021-ci il tarixli, 799 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs avtomobili idarə edən zaman yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X5 Birliyinin Mİ 006205 saylı vəsiqənin surətindən görünür ki, Şəxs Qarabağ Müharibəsi iştirakçısıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş halda törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 332.1 və 334.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını, şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx xxxxxx 1996-cı il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar