Məhkəmə qərarları › İş №3(039)-685/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-685/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-685/2022 09.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 iştirakı ilə, xx.xx.1994-cü ildə Yevlax rayonu Aşağı Bucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aşağı Bucaq kəndində qeydiyyatda olan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda göstərilmişdir ki, X8, X10 və X1 və Təbii Sərvətlər Nazirliyinin X16 X5 rayonu Qaraoğlan kəndi ərazisindən keçən hissəsindən oğurluq edən zaman orada olan radiatoru yarasız vəziyyətə salaraq X16 Təsərrüfat Mərkəzinə 300 manat maddi ziyan vurmuşdular. Bununla da X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını, habelə ona dəymiş ziyanı tam ödəməsini bildirərək barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsi xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 Allayhar Ağaysa oğlu tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini bildirərək, sonuncu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək X7 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş qarə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsinin barəsində inzibati Xəta haqqında icraat aparılan şəxsdən şikayətinin olmadığını bildirmiş və bu barədə məhkməyə yazılı ərizəsini təqdim etmişdir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X16 Təsərrüfat Mərkəzindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X7 tərəfindən mərkəzə vurulmuş ziyanı ödənilmişdir, ona qarşı hər hansı bir şikayət və tələb yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X3 törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar