Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-685/2023 16.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun Cəlilov Ruslan Elmi oğlunun katibliyi Zərərçəkmiş şəxs barəsində inzibati icraat aparılan şəxs X1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayını Vİİİ-ci tağımından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki,yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə zərər dəymiş olsada eyni zamanda,1 baş iri buynuzlu inək tələf olmaqla X2 maddi ziyan dəymişdir.Dəymiş zərərin kimin təqsirindən baş verdiyi,hadisənin qarşısını almaq mümkünsüzlüyü araşdırılmamış,sürücünün hərəkətlərində yol hərəkəti haqqında qanunun tələblərinə uyğunsuzluq olub olmadığı araşdırılmamış,yol nəqliyyat hadisəsində ekspertiza təyin edilməmiş,protokolu tərtib edən səlahiyyətli şəxs tərəfindən sürücü Zərərçəkmiş şəxs yol hərəkəti qaydalarına riayət edib etməməsi,sürət həddinin aşıb aşmaması, həmin yolda xəbərdaredici yol nişanlarının mövcudluğu, hadisənin qarşısını almağa texniki cəhətdən imkanını olub olmaması barədə müvafiq yol nəqliyyat ekspertizası kecirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayını Vİİİ-ci tağımına geri qaytarılsın. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-685/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-685/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver