Məhkəmə qərarları › İş №3(039)-686/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-686/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-686/2021 06.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 19.00 radələrində Yevlax rayonu, Malbinəsi kəndində sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan MN ******* saylı, 05.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 izah etdi ki, 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 19.00 radələrində Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Teymur Baxşəliyev və İTB-nin sahə polis nəfəri, polis baş serjantı X11 rayonu Malbinəsi kəndi yaxınlığında yerləşən “OBA” marketin ətrafında xidmət aparan zaman bir nəfər şəxsin sərxoş vəziyyətdə ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin şəxs Yevlax RPŞ-yə gətirilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Yevlax rayonu Kövər kənd sakini Şəxsdur. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax rayonu, Kövər kəndində iki azyaşlı övladı ilə birlikdə yaşayır. Həyat yoldaşı rəhmətə getmiş, azyaşlı övladları onun himayəsindədir. Vərəm və əsəb xəstəsidir, xəstəliyi ilə əlaqədar müalicə alır. 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 19.00 radələrində Yevlax rayonu Malbinəsi kəndi yaxınlığında yerləşən “OBA” marketin yaxınlığında yolun kənarında avtomobilini saxlamışdır. Bunu görən polis əməkdaşları ona həmin yerdə avtomobilini saxlamamağını bildirmişlər. Lakin əsəb xəstəsi olduğundan, həmçinin həmin vaxt sərxoş olduğundan polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Həmin günü kəskin ağrıları olduğundan sakitləşmək üçün az miqdarda spirtli içki qəbul etmişdir. Etdiyi əməldən peşmandır, polis əməkdaşlarından üzür istəmişdir və söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını, xəstə olmasını, himayəsində iki azyaşlı övladının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 bildirmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 19.00 radələrində Yevlax RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Vasif Fəttayev ilə birlikdə Yevlax rayonu Malbinəsi kəndi yaxınlığında yerləşən “OBA” marketin ətrafında xidmət aparan zaman bir nəfər şəxsin sərxoş vəziyyətdə ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs tərəfindən saxlanılaraq məcburi qaydada Yevlax RPŞ-yə gətirilmişdir və rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Yevlax rayonu Kövər kənd sakini Şəxsdur. Həmin şəxsə heç bir zor tətbiq olunmamışdır. Hazırda Şəxs ondan üzür istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X9 şahid X2 verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 05 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19.40-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 05 sentyabr 2021-ci il tarixli 188 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin 06.09.2021-ci il tarixli, N-1302 saylı arayışından görünür ki, Şəxs vərəm xəstəxanasında 21.01.2021-ci il tarixindən ağ ciyərin sol tərəfli infiltratif vərəmi parçalanma fazasında diaqnozu ilə qeydiyyatda durur. Hal-hazırda müalicəsini ambulator şəraitdə davam etdirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər İcra Hakimiyyətinin Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserinin 08.07.2008-ci il tarixli, 856/08 saylı, 150 №-li müayinə aktının surətindən görünür ki, Şəxs 03.07.2008-ci il tarixdən 08.07.2008-ci il tarixədək Gəncə şəhəri Rayonlararası Ruhi Əsəb Dispanserində müayinədə olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1, şahidlər Yevlax RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 və Yevlax RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X6 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi, himayəsində iki azyaşlı övladının olması, xəstəliyi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1990-cı il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Yevlax rayonu, Kövər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar