Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-689/2021 07.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Nizami prospekti 224-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş MN ******* №-li, 07 sentyabr 2021-ci il tarixli protokolda qeyd olunur ki, Şəxs 07 sentyabr 2021-ci il tarixdə saat 02:30 radələrində sərxoş halda Yevlax şəhəri Nizami prospektində ucadan səs-küy salaraq ictimai yerdə nalayiq söyüşlər edərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfərləri, polis serjantları Yaqub Yaqubov və Eşqin İbrahimovla birlikdə xidmətdə olarkən saat 02:30 radələrində Yevlax şəhəri Nizami prospektində 1 nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, o, Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra polis baş serjantı Yaqub Yaqublu və polis serjantı X5 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, həyat yoldaşı uşaqları ilə birlikdə özbaşına evi tərk edib valideynlərinə məxsus evə getdiyi üçün 07 sentyabr 2021-ci il tarixdə gecə saat 02:30 radələrində içkili vəziyyətdə olduğundan Yevlax şəhəri Nizami prospektində başqa yaşayış evinin qapısını döyərək ucadan səs-küy salmışdır. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları yaxınlaşıb onu nizamintizama dəvət etsələr də içkili olduğundan öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında polis nəfəri, polis serjantı Yaqub Yaqublu şahid qismində izahat verərək bildirmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə polis nəfəri, polis serjantı Eşqin İbrahimovla birlikdə xidmətdə olarkən saat 02:30 radələrində Yevlax şəhəri Nizami prospektində 1 nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, o, Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra onlar Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 191 №-li, 07 sentyabr 2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs 07 sentyabr 2021-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan 07 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 07 sentyabr 2021-ci il tarixdə saat 03:00-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan yəni 07 sentyabr 2021-ci il tarixdən saat 03:00-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-689/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-689/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver