Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-689/2022 25.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 25 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda və 24 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda xx.xx.2022-ci il tarixdə Şəxs Yevlax rayonu Havarlı kəndində yerləşən həyətyanı sahəsinə və sonuncunun yaşadığı fərdi yaşayış evinin seyvana baxış keçirilən zaman oradan, Şəxs şəxsi istifadəsi üçün əkib becərdiyi nəm halda çəkisi 2530,0 qram olan 02 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları (kannabis) və nəm halda çəkisi 375,0 qram olan 1 ədəd narkotik tərkibli çətənə kolunun hissəsi aşkar edilərək götürüldüyü, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs Yevlax rayonu Havarlı kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman oradan, Şəxs şəxsi istifadəsi üçün əkib becərdiyi 02 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları (kannabis) və 1 ədəd narkotik tərkibli çətənə kolunun hissəsi aşkar edilərək götürülmüşdür. Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində faktla əlaqədar araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, bir müddət əvvəl yaşadığı kəndin ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş çətənə kolu aşkar etmiş, koldan bir hissəsini özü çəkmiş və həmin kolun toxumundan üç ədədini üzərində götümüşdür. Bundan sonra o, həmin üç ədəd toxumları gələcəkdə özü istifadə etməsi üçün özünə məxsus evin həyətyanı sahəsində əkmiş və həmin toxumlar bitdikdən sonra kollara xüsusi qulluq etmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli 25 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs Yevlax rayonu Havarlı kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman oradan, Şəxs şəxsi istifadəsi üçün əkib becərdiyi 02 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları (kannabis) aşkar edilərək götürülmüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyul 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:10-da tutulmuş, növbəti gün xx.xx.2022-ci il tarixdə saat 15.29-da isə azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölməsinin 17/581 nömrəli, xx.xx.2022-ci il tarixli ekpert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs həyətindən aşkar edilmiş...’’ yazısı olan sintetik kisənin içərisindəki, nəm vəziyyətdə ümumi çəkiləri- 2530,0 qram olan 02 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 23 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “...Şəxs məxsus fərdi :aşayış evindən aşkar olunmuş kütlə." yazısı olan zərfin içərisindəki, nəm vəziyyətdə təmiz çəkisi-375,0 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş iki ədəd çətənə bitkiləri və bir ədəd çətənə birkisinin hissəsi tərkiblərinə görə eynidirlər. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Şəxs həyətindən 02 (iki) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi (kökü olmayan, gövdə, budaq, saplaq və yarpaqlardan ibarət olan) aşkar edilməsi göstərilsə də, Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərar almış və həmin qərar əsasında rayon X3 təhlükəsizlik bölməsi Şəxs barəsində İXM-nin 206-cı maddəsi inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Göründüyü kimi polis orqanı tərəfindən tərtib olunmuş müvafiq qərar, protokol və qərardadda Şəxs şəxsi istifadəsi üçün əkib becərdiyi 02 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları (kannabis) aşkar edilərək götürüldüyü qeyd olunsa da, aidiyyəti sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsaslanmaqla tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə -iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-689/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-689/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver