Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-689/2023 09.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi-Yevlax şəhər vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu, Kolanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx.xx.2023-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:24-də (070) ***-**-** nömrəli telefonla “102” Xidmətinə zəng edərək, DİN rəhbərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra xx.xx.2023cü il tarixdə qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin qarşısında ictimai yerdə ictimai qaydanı pozaraq qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:24-də (070) ***-**- ** nömrəli telefonla “102” Xidmətinə zəng edərək, DİN rəhbərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin qarşısında ictimai yerdə ictimai qaydanı pozaraq qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs hər əməl üzrə özünü təqsirli bilərək gələcəkdə bu kimi hallara yol verməyəcəyini bildirmiş və barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən Yevlax rayon Polis Şöbəsinin qarşısında bir nəfər şəxsin ictimai qaydanı pozaraq ucadan nalayiq söyüşlər etdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb onu dəfələrlə nizamintizama dəvət etsə də, həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün həmin şəxsi PŞ-nə gətirmişdir. RPŞ-də məlum olub ki, həmin şəxs Yevlax rayonu, Kolanı kənd sakini Şəxsdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X4 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollarla, barəsində inzibati protokol tərtib etmiş şəxsin, şahidin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 17:24-də (070) ***-**-** nömrəli telefonla “102” Xidmətinə zəng edərək, DİN rəhbərinin ünvanına nalayiq ifadələr işlətmiş, xx.xx.2023-cü il tarixdə qəsdən polisin qanuni tələbinə tabe olmamışdır və xx.xx.2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin qarşısında ictimai yerdə ictimai qaydanı pozaraq qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs icitmai yerdə ictmai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmadığından və əməlindən peşman olduğundan, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs təqsirli bilinməli, törədilmiş inzibati xətaların xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən saat 16:45-dən hesablansın. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-689/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-689/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver