Məhkəmə qərarları › İş №3(039)-69/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-69/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-69/2023 19.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmil oğlunun katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları 19 yanvar 2023-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospekti 176B-də yaşayan X10 məxsus evin həyətindən 8 ədəd ev quşu toyuq, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Nizami küçəsi ev 225-də yaşayan X7 yaşadığı evin həyətindən 6 ədəd ev quşu toyuq, xx.xx.2023-cü il tarixdə Nizami prospekti 172A-də yaşayan X10 məxsus evin həyətindən 3 ədəd ev quşu toyuq, ,xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Bakıxanov küçəsi ev 171-də yaşayan X4 məxsus evin həyətindən 6 ədəd ev quşu toyuq, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri H.Aslanov küçəsi 86da yaşayan X11 məxsus evin həyətindən 11 ədəd ev quşu toyuq oğurlamışdır.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospekti 176B-də yaşayan X10 məxsus evin həyətindən 8 ədəd ev quşu toyuq, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Nizami küçəsi ev 225-də yaşayan X7 yaşadığı evin həyətindən 6 ədəd ev quşu toyuq, xx.xx.2023-cü il tarixdə Nizami prospekti 172A-də yaşayan X10 məxsus evin həyətindən 3 ədəd ev quşu toyuq, ,xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Bakıxanov küçəsi ev 171-də yaşayan X4 məxsus evin həyətindən 6 ədəd ev quşu toyuq, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri H.Aslanov küçəsi 86-da yaşayan X11 məxsus evin həyətindən 11 ədəd ev quşu toyuq oğurlamışdır. X8, X7, X2 və X9 ərizəsi əsasında Yevlax Rayon Polis X6 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 məxsus ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılmış, Şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 məxsus ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılmış, Şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 məxsus ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılmış, Şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 məxsus ***-**-** mobil nömrə ilə əlaqə saxlanılmış, Şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, səxsi ehtiyaci üçün oğurladığını bildirmişdir. Hazırda əməlindən səmimi peşman olmasını və zərərin tezliklə ödəyəcəyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 01 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8, X7, X2 və X9 ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X3 Bölməsinə göndərilmişdir; 18 yanvar 2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 18 yanvar 2023-cü il tarixdə saat 12:50-də tutulmuşdur. Yevlax Rayon Məhkəməsinin 7(039)-4/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki Şəxs barəsində AR CM-nin 177.2.3-cü maddəsinə ilə təqsirli bilinib 01 il 02 ay 07 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Yevlax rayon mərkəzi Bazar ASC-nin 06 yanvar 2023-cü il tarixli arayışından görünür ki,1 ədəd toyuq ev quşunun bu günkü bazar orta satış qiyməti 8 (səkkiz) manat təşkil edir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanın dəyəri 272 manat olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən saat 12:50-dən hesablansın. Şəxs tərəfindən X10 vurulmuş ziyana görə 64 (altmış dörd) manat və 24 (iyirmi dörd) manat, X12 vurulmuş ziyana görə 48(qırx səkkiz) manat, X11 vurulmuş ziyana görə 88 (səksən səkkiz) manat, X4 vurulmuş ziyana görə 48(qırx səkkiz) manat məbləğində pul ödənilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə və Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar