Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-690/2021 07.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı, 07.09.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-370/2019 saylı, 06.02.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 403-cü maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmiş və həmin cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəməkdən yayınmışdır. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində 07 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-370/2019 saylı, 06.02.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 403-cü maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. Borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin borclu barəsində olan inzibati cərimədən heç bir ödəniş etməmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir, nəticədə borclu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclunun icra vərəqəsində qeyd olunan ünvanına baxış keçirdərək, həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq qeyd olunan ünvanda yaşamadığı aşkar olunmuş və bu barədə 07.01.2020-ci il tarixli akt tərtib edilmişdir. Borclu Şəxs barəsində 07.01.2020-ci il tarixdə axtarış elan edilməsi haqqında qərar qəbul edilərək Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Qeyd olunan borcun ödənilməsi üçün Şəxs polis tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və ondan borcunun ödənilməsi tələb edilmiş, lakin o, 07 sentyabr 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında işləmədiyini və maddi imkanının olmamasını bildirərək borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-370/2019 saylı, 06.02.2019-cu il tarixli qərarına əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İcra məmuru ondan barəsində olan 700 (yeddi yüz) manat cəriməni ödəməsini tələb etmişdir. Lakin heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından barəsində olan inzibati cəriməni hazırkı vaxtadək ödəyə bilməmişdir. Belə ki, barəsində olan inzibati cəriməni ödəmək istəsə də, buna maddi imkanı olmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tövsif edilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. İnzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati qaydada ictimai işlər tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 154.3.2-ci maddəsinə əsasən İcra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs üzərinə elektron nəzarət vasitələri tətbiq edilməlidir, həmçinin üzərinə elektron nəzarət vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımaq, istifadə etmək, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri H.Aslanov küçəsi ev 91-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXMnin 529.2-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-370/2019 saylı, 06.02.2019-cu il tarixli qərarının icrasına xitam verilsin. Şəxs yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə ictimai işlərə cəlb edilsin. Şəxs təyin edilmiş cəzasının çəkilməsinin əvvəli ictimai işlərin yerinə yetirildiyi vaxtdan hesablansın. Şəxs elektron nəzarət vasitələri tətbiq edilməklə, üzərinə elektron nəzarət vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımaq, istifadə etmək, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-690/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-690/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver