Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-691/2022 26.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 25 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda və 24 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda xx.xx.2022-ci il tarixdə Şəxs Yevlax rayonu Havarlı kəndində yerləşən həyətyanı sahəsinə və sonuncunun yaşadığı fərdi yaşayış evinin seyvana baxış keçirilən zaman oradan, Şəxs şəxsi istifadəsi üçün əkib becərdiyi nəm halda çəkisi 2530,0 qram olan 02 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları (kannabis) və nəm halda çəkisi 375,0 qram olan 1 ədəd narkotik tərkibli çətənə kolunun hissəsi aşkar edilərək götürüldüyü, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 208-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyi göstərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs Yevlax rayonu Havarlı kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman oradan, Şəxs şəxsi istifadəsi üçün əkib becərdiyi 02 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları (kannabis) və 1 ədəd narkotik tərkibli çətənə kolunun hissəsi aşkar edilərək götürülmüşdür. Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində faktla əlaqədar araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, bir müddət əvvəl yaşadığı kəndin ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş çətənə kolu aşkar etmiş, koldan bir hissəsini özü çəkmiş və həmin kolun toxumundan üç ədədini üzərində götümüşdür. Bundan sonra o, həmin üç ədəd toxumları gələcəkdə özü istifadə etməsi üçün özünə məxsus evin həyətyanı sahəsində əkmiş və həmin toxumlar bitdikdən sonra kollara xüsusi qulluq etmişdir. Bundan başqa o, göstərmişdir ki, himayəsində 19 yaşlı oğlu var, oğlu hazırda Kəlbəcər rayonunda həqiqi hərbi xdmətdədir, bir 21 yaşlı qızı onunla birlikdə yaşayır və bir qardaşı İ Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Qeyd olunanların nəzərə alınmasını və hazırda əməlindən peşman olmasını bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 25 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs Yevlax rayonu Havarlı kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman oradan, Şəxs şəxsi istifadəsi üçün əkib becərdiyi nəm halda çəkisi 2530,0 qram olan 02 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları (kannabis) və nəm halda çəkisi 375,0 qram olan 1 ədəd narkotik tərkibli çətənə kolunun hissəsi aşkar edilərək götürülmüşdür; Cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyul 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:10-da tutulmuş, növbəti gün xx.xx.2022ci il tarixdə saat 15.29-da isə azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölməsinin 17/581 nömrəli, xx.xx.2022-ci il tarixli ekpert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs həyətindən aşkar edilmiş...’’ yazısı olan sintetik kisənin içərisindəki, nəm vəziyyətdə ümumi çəkiləri- 2530,0 qram olan 02 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 23 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “...Şəxs məxsus fərdi :aşayış evindən aşkar olunmuş kütlə." yazısı olan zərfin içərisindəki, nəm vəziyyətdə təmiz çəkisi-375,0 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş iki ədəd çətənə bitkiləri və bir ədəd çətənə birkisinin hissəsi tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə -iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini (qardaşının İ Qarabağ müharibəsi zamanı şəhid olması, oğlunun hazırda Kəlbəcər rayonunda həqiqi hərbi xdmətdə olmasını), məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 208-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə təqsirli bilinib 300 (üç yüz ) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 2530,0 qram olan 02 (iki) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 375,0 qram olan 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-691/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-691/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver