Məhkəmə qərarları › İş №3(039)-694/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-694/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-694/2021 08.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X4 Bölməsinin sahə rəisi, polis leytenantı X8, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Mütəxəssis kimi işə cəlb edilmiş Şəxs anası X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs qızının və onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Şəkili küçəsi ev 8-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 29 yanvar 2021-ci il tarixdə saat 23:50 radələrində Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanında yerləşən yaşadıqları evdə bibisi Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs 03 may 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102 Xidməti” Zəng Sisteminə zəng edərək və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs onu döyməsi barədə məlumat verdiyinə görə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis baş leytenantı Rüstəm Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Ceyran Nəbiyeva barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Ceyran Nəbiyeva barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 vasitəsi ilə zərər çəkmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, 03 may 2021-ci il bibisi Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs onu yaşadıqları evdə döymüşdür. O, Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 03 may 2021-ci il tarixdə saat 17:30 radələrində Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanında yerləşən yaşadıqları evdə bacısı Rəfiqə Nəbiyeva ilə aralarında qaz pulu ödənişi ilə bağlı narazılıq olmuşdur. Bu zaman qardaşı qızı Şəxs bacısı Rəfiqə Nəbiyeva ilə aralarında olan mübahisəyə qoşularaq onun saçından yolmuş və üz nahiyyəsini dırnaqları ilə cırmaqlaramağa başlamışdır. Bundan sonra o, əsəbləşərək Daxili İşlər Nazirliyinin “102” Zəng Xidmətinə zəng edərək məlumat vermişdir. O, Şəxs döyməmişdir. Hazırda Şəxs ilə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis baş leytenantı Rüstəm Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2021-ci il tarixli qərarı, polis sahə rəisi, polis leytenantı X11 tərəfindən tərtib edilmiş MN ******* №-li, 08 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis baş leytenantı X6 12 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və qərarın qəbul olunduğu vaxtdan üç aydan artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs həmin inzibati xətanı törətməsi sübuta yetirilsədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 128.2.1 və 129-cu maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar