Məhkəmə qərarları › İş №3(039)-694/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-694/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-694/2022 10.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da Yevlax raryonu Tanrıqulular kəndi yolunda bir baş iribuynuzlu heyvanı sahibsiz sement-beton örtüklü yolda qoymuşdur. Nəticədə sürücü Zərərçəkmiş şəxs Dilan oğluna məxsus “VAZ 2107” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtromobilə maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində havanın işıqlı vaxtında özünə məxsus malqaranı örüşdən yaşadığı evə kəndin yolu ilə aparırdı. O, “VAZ 2107” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkətdə olduğunu və həmin avtomobilin qəfil əyləc etməsini və nəticədə ona məxsus bir baş iribuynuzlu heyvanı vurmasının şahidi olmuşdur. Bundan sonra o, həmin yerə yaxınlaşmış və ona məxsus heyvanın öldüyünü görmüşdür. O, mal-qaranı aparmaq üçün qeyd edilən sement-beton örtüklü yola alternativ yolun olmaması səbəbindən bütün kənd sakinlərinin öz heyvanalarını həmin yolla aparmasını və onun heyvanını vuran avtomobilin həddindən artıq sürətlə hərəkət etməsini bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş barəsində Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:00-da şəxsi işləri üçün özünə məxsus “VAZ 2107” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax raryonu Tanrıqulular kənd yolunda hərəkətdə olan zaman yolun kənarındakı iri buynuzlu heyvan qəflətən yolun hərəkət hissəsinə çıxaraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə xəsarət almasa da, avtomobilinə maddi zərər dəymişdir. Ona vurulmuş maddi zərər ödənilməmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da Yevlax raryonu Tanrıqulular kəndi yolunda bir baş iribuynuzlu heyvanı sahibsiz sement-beton örtüklü yolda qoymuşdur. Nəticədə baş vermiş qəza ilə sürücü Zərərçəkmiş şəxs Dilan oğluna məxsus “VAZ 2107” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtromobilə maddi ziyan vurmuşdur.; Mingəçevir şəhəri "xxxx" MMC avtomobillərə texniki xidmət stansiyasının xx.xx.2022-cii il tarixli 11 nömrəli aktından görünür ki, “VAZ 2107” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1315 manat dəyərində maddi ziyan dəymişdir; 378 №-li, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Zərərçəkmiş şəxs Dilan oğlunda alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Materiala əlavə ounmuş 3 ədəd fotoşəkildən və xx.xx.2022-ci il tarixli Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, sözügedən hadisə yolun hərəkət hissəsində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar