Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-695/2021 08.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 08 sentyabr 2021-ci il tarixdə saat 16.00 radələrində Yevlax Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında və həyətində öz üzərinə benzin tökərək yandırmağa cəhd edərək ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan MN ******* saylı, 08.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 izah etdi ki, 08 sentyabr 2021-ci il tarixdə saat 16.00 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Cavid Məmmədov və Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Kənan Səfərov xidmətdə olan zaman bir nəfər şəxsin polis şöbəsinin inzibati binasının qarşısında küçədə və şöbənin həyətində ünvansız nalayiq söyüşlər söyərək üzərinə benzin tökərək özünü yandırmağa cəhd etmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmişlər, lakin vətəndaş öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün o, polis şöbəsinə gətirilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Yevlax rayonu Kövər kənd sakini Şəxsdur. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax rayonu, Kövər kəndində iki azyaşlı övladı ilə birlikdə yaşayır. Həyat yoldaşı rəhmətə getmiş, azyaşlı övladları onun himayəsindədir. Vərəm və əsəb xəstəsidir, xəstəliyi ilə əlaqədar müalicə alır. 08 sentyabr 2021-ci il tarixdə saat 16.00 radələrində polis şöbəsinin inzibati binasının qarşısında küçədə və şöbənin həyətində üzərinə benzin tökərək özünü yandırmağa cəhd etmişdir. Bu hərəkətinə səbəb isə bir nəfər polisin onu müalicə etdirmək vədi verməsi, lakin verdiyi sözün yerinə yetirməməsi olmuşdur. Bundan bərk əsəbləşərək həmin polisdən prokurorluğa şikayət etmiş, lakin müraciətinin baxılmasının nəticəsini gözləmədən polis şöbəsinə getmişdir və bu cür hərəkəti ilə polisə etiraz etməyə çalışmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmişlər, lakin o, həmin vaxt əsəbi olduğundan, polis əməkdaşları ilə mübahisə etməyə davam etmişdir. Etdiyi əməldən peşmandır, söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını, xəstəliyini, himayəsində iki azyaşlı övladının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı X8 bildirmişdir ki, 08 sentyabr 2021-ci il tarixdə saat 16.00 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Cavid Məmmədov və Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Kənan Səfərov xidmətdə olan zaman bir nəfər şəxsin polis şöbəsinin inzibati binasının qarşısında küçədə və şöbəsin həyətində ünvansız nalayiq söyüşlər söyərək üzərinə benzin tökərək özünü yandırmağa cəhd etmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmişlər, lakin vətəndaş öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün o, polis şöbəsinə gətirilmişdir. Bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Yevlax rayonu Kövər kənd sakini Şəxsdur. Həmin şəxsə polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı X7 şahid X6 verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 08 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16.20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin 06.09.2021-ci il tarixli, N-1302 saylı arayışından görünür ki, Şəxs vərəm xəstəxanasında 21.01.2021-ci il tarixindən ağ ciyərin sol tərəfli infiltratif vərəmi parçalanma fazasında diaqnozu ilə qeydiyyatda durur. Hal-hazırda müalicəsini ambulator şəraitdə davam etdirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər İcra Hakimiyyətinin Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserinin 08.07.2008-ci il tarixli, 856/08 saylı, 150 №-li müayinə aktının surətindən görünür ki, Şəxs 03.07.2008-ci il tarixdən 08.07.2008-ci il tarixədək Gəncə şəhəri Rayonlararası Ruhi Əsəb Dispanserində müayinədə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26.11.2019-cu il tarixli, AZ-İİ № 046432 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12.03.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05.12.2010-cu il tarixli, AZ-İİ № 555543 saylı doğum haqqında şəhadətnamənin və seriya AZE 11789803 №-li 20.12.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 18.11.2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01.11.2012-ci il tarixli, AZ-İİ № 939363 saylı doğum haqqında şəhadətnamənin və seriya AZE 18156266 №-li 22.09.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 16.10.2012-ci il tarixdə doğulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1, şahidlər Yevlax RPŞnin PPXB-nün polis nəfəri, polis kiçik serjantı X8 və Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi, himayəsində iki azyaşlı övladının olması və xəstəliyi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən inzibati həbs on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1990-cı il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Yevlax rayonu, Kövər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-695/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-695/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver