Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-695/2022 12.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Tərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Tərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 53EL435/53EL436 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş “Günəbaxan tumlarının paketlərə doldurulması üçün avadanlıq” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına 53EL435/53EL436 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş “Günəbaxan tumlarının paketlərə doldurulması üçün avadanlıq” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Fakta görə tərəfindən araşdırma aparılmış və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmışdır. Hüquqi şəxsin nümayəndəsi izahatında MMC-nin ünvanına 53EL435/53EL436 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş “Günəbaxan tumlarının paketlərə doldurulması üçün avadanlıq” yükünün mal-müşayiət sənədləri MMC-yə göndərilməməsi səbəbindən, qeyd edilən yükə dair elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilmədiyini bildirmişdir. Hazırda MMC barəsində qanunauyğun qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişinin göndərilməsinə (habelə Şəxs MMC-nin direktoru X3 ********** saylı mobil telefonuna xx.xx.2022ci il tarixdə SMS xəbərdarlıq göndərilmişdir) baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 11000-2426/22 saylı protokoldan görünür ki, Tərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 53EL435/53EL436 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş “Günəbaxan tumlarının paketlərə doldurulması üçün avadanlıq” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir; Şəxs MMC-nin direktoru X3 Qərb Ərazi Baş Gömrük İdarəsinə verdiyi xx.xx.2022-ci il tarixli sorğu-sual protokolundan görünür ki, ixracatçı şirkət tərəfindən Şəxs MMC-nin ünvanına 53EL435/53EL436 qeydiyyat nişanlı nəqliyyat vasitəsi göndərilən “Günəbaxan tumlarının paketlərə doldurulması üçün avadanlıq” yükünün mal-müşayiət sənədləri MMC-yə göndərilməməsi səbəbindən, qeyd edilən yükə dair elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-695/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-695/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver