Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-696/2021 22.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunun böyük inspektoru X4 "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayonu, Mirzəhüseynli kəndində qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 34DSC042 nömrə nişanlı nəqliyyat vasitəsilə gələn 50000 (əlli min) ədəd “bir günlük cücələr-damazlıq” yükü 26.08.2021-ci il tarixli, **********0340 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə protokol tərtib edilmiş və aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunun böyük inspektoru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 34DSC042 nömrə nişanlı nəqliyyat vasitəsilə gələn 50000 (əlli min) ədəd “bir günlük cücələr-damazlıq” yükü 26.08.2021-ci il tarixli, **********0340 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Göstərilənlərlə əlaqədar müvafiq araşdırma aparıldıqdan sonra "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan tərkib olduğundan müvafiq protokol tərtib edilmişdir. Əlavə olaraq qeyd edir ki, “Elektron Hökumət” portalında baş vermiş texniki nasazlıqlar səbəbindən gömrük bəyannaməsinin təqdim edilməsi sistemdə görünməmişdir. Buna görə də qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirdi ki, Türkiyə Respublikasından 34DSC042 nömrə nişanlı nəqliyyat vasitəsilə "xxxx" MMC-nin ünvanına 50000 (əlli min) ədəd “bir günlük cücələr-damazlıq” yükü 26 avqust 2021-ci il tarixdə daxil olmuşdur. "xxxx" MMC-nin ünvanına qeyd olunan yükün gəlməsi ilə bağlı 25 avqust 2021ci il tarixdə elektron qaydada qısa idxal bəyannaməsi verilmiş və 35.40 manat rüsum ödənilmişdir. Qeyd edilən xüsusat 25.08.2021-ci il tarixli qısa idxal bəyannaməsi və və bəyannamənin verilməsi üçün (elektron xidmətdən istifadə haqqı) ödənilmiş dövlət rüsumu barədə 25.08.2021-ci il tarixli qəbzlə də təsdiq olunur. Hesab edir ki, heç bir inzibati xəta törətməmişlər və qısa idxal bəyannaməsini qanunla müəyyən olunmuş qaydada və müddətdə vermişlər. Məhkəmədən "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2021-ci il tarixli, 11000-1260/21 nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Göyçay rayonu, Mirzəhüseynli kəndində qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 34DSC042 nömrə nişanlı nəqliyyat vasitəsilə gələn 50000 (əlli min) ədəd “bir günlük cücələr-damazlıq” yükü 26.08.2021-ci il tarixli, **********0340 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 25 avqust 2021ci il tarixli qısa idxal bəyannaməsinin surətindən məlum olur ki, "xxxx" MMC ünvanına Türkiyə Respublikasından 34DSC042 nömrə nişanlı nəqliyyat vasitəsilə yükün daxil olacağı barəsində qısa idxal bəyannaməsini 25 avqust 2021-ci il tarixdə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 25 avqust 2021ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən məlum olur ki, "xxxx" MMC 30 (otuz) manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 25 avqust 2021ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən məlum olur ki, "xxxx" MMC 5.40 (beş manat qırx qəpik) manat rüsum ödəmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib edən dövlət orqanının nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) olması müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılması məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC 25 avqust 2021-ci il tarixdə Elektron Gömrük Xidməti vasitəsi ilə qısa idxal bəyannaməsi verərək, Türkiyə Respublikasından 34DSC042 nömrə nişanlı nəqliyyat vasitəsilə "xxxx" MMC-nin ünvanına 50000 (əlli min) ədəd “bir günlük cücələr-damazlıq” yükü gələcəyini bəyan etmiş və 35.40 manat rüsum ödəmişdir. Qeyd edilən yük 26 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməməsi gömrük orqanının elektron sistemində baş vermiş nasazlıqla əlaqədar olmuşdur. Bu fakt qısa idxal bəyannaməsinin verilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, "xxxx" MMC-nin əməlində inzibati xəta müəyyən edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,105-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Göyçay rayonu, Mirzəhüseynli kəndində qeydiyyatda olan "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-696/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-696/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver