Məhkəmə qərarları › İş №3(039)-698/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-698/2020

22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-698/2020 22.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərcəkmiş şəxs X4 iştirakı ilə X3 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş inzibati materiala baxaraq, m ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs oğlu xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi Mersedes markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhəri Nizami prospekti ilə Cırdaxan kəndi istiqamətində yolda hərəkətdə olarkən manevr etmə qaydasını pozmaqla velosipedlə hərəkət edən X1 vuraraq sağlamlığına yüngül zərər vuran xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində idarə etdiyi Mersedes markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhəri Nizami prospekti ilə Cırdaxan kəndi istiqamətində yolda hərəkətdə olarkən manevr etmə qaydasını pozmaqla velosipedlə hərəkət edən X1 vuraraq sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında X4 ərizə təqdim edərək İnzibati xəta törətmiş şəxs Şəxs tərəfindən ona dəymiş olan maddi ziyan ödənilmiş, barımışdır və hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati xəta törətmiş şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 29 .09.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən məlum olur ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödəməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : xx xxxxx 2002-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Yevlax şəhəri A.Ələsgər küçəsi 16 qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar