Məhkəmə qərarları › İş №3(039)-698/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-698/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-698/2021 23.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri F.İsayev küçəsi ev 91-də yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2362/2018 №-li, 09 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən, yaranmış 680 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2362/2018 №li, 09 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən Yevlax Rayon Məhkəməsinin 2(039)- 714/2011 №-li, 15 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh Şəxs 13 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs yaranmış 680 borcunun ödənilməsi tələb edilmiş və o, 09 sentyabr 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs onun tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəmə iclasında çıxış edərək bildirdi ki, verilmiş müddət ərzində borclu Şəxs tələbkar Həmayə Nəcəfovanın xeyrinə heç bir ödəniş etməmiş, hazırda borclu Şəxsnın tələbkar Həmayə Nəcəfovaya icra sənədi üzrə 2021-ci ilin sentyabr ayıda daxil olmaqla 800 manat məbləğində borcu yaranmışdır. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, borclu Şəxs ona 680 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs ödəniş etmir, dəfələrlə vəd verməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. İcra sənədi üzrə aliment borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. 2021-ci ilin iyun ayına kimi pensiya almış, icra sənədi üzrə aliment borcu pensiyasından tutularaq tələbkar Həmayə Nəcəfovanın xeyrinə ödənilmişdir. Hazırda pensiyası dayandırılmış, işləmədiyi və maddi imkanı olmadığı üçün icra sənədi üzrə yaranmış 680 manat aliment borcunu tələbkar Həmayə Nəcəfovaya ödəyə bilmir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tələbkar Həmayə Nəcəfovanın izahatı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 23 sentyabr 2021-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar