Məhkəmə qərarları › İş №3(039)-699/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-699/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-699/2021 09.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Tələbkar Zərərçəkmiş şəxs oğlunun, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Kövər kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-218/2015 №-li, 08 oktyabr 2015-ci il tarixli icra sənədi üzrə 16720 manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyev məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-218/2015 №-li, 08 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı 24000 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, borclu Şəxs 24000 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq tələb borclu Şəxs sosial pensiyasına yönəldilərək tələbkar Zərərçəkmiş şəxs xeyrinə 7280 manat pul tutulub ödətdirilmişdir. Borclu Şəxs pensiya təyinatı dayandırılmışdır, bu səbəbəbdən də onun pensiyasından tutulmaların aparılması mümkün olmamışdır. Borclu Şəxs ödənilməmiş 16720 manat borcunun ödənilməsi tələb edilmiş və o, 09 sentyabr 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkar Zərərçəkmiş şəxs xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs onun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və bildirşi qəbul etmişdir. 2021-ci ilin iyun ayına kimi pensiya almış, icra sənədi üzrə 7280 manat məbləğində pul onun pensiyasından tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilmişdir. Hazırda pensiyası dayandırılmış, maddi imkanı olmadığı üçün icra sənədi üzrə qalan 16720 manat borcunu ödəyə bilmir. İşləmir, heç bir yerdən gəliri yoxdur. Yenidən tibbi komissiyadan keçmişdir. Pensiyası yenidən təyin olunacaq və hər ay ödəniş edəcəkdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-218/2015 №-li, 08 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən müəyyən edilmiş 24000 manat məbləğində borcdan borclu Şəxs pensiyasından ona ayrı-ayrı vaxtlarda 7280 manat məbləğində pul tutulub ona ödənilmişdir. İcra sənədi üzrə qalan 16720 manat məbləğində borcun borclu Şəxs tərəfindən ona tam şəkildə ödənilməsi istəyir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 sentyabr 2021-ci il tarixli, 550 №-li arayışının surətindən görünür ki, Şəxs ailəlikçə Yevlax rayonu Kövər kəndində pay torpaq sahəsi, iri və xırda buynuzlu mal qarası yoxdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsi tərəfindən verilmiş 016613 №-li vəsiqənin surətindən görünür ki, Şəxs 2 (ikinci) qrup hərbi xidmət əlilidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs gəlir yeri olduğuna baxmayaraq pensiyası dayandırılana kimi icra sənədi üzrə borcunu tam şəkildə tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Hazırda Şəxs pensiyası dayandırılsa da, onun əlilliyinə xitam verilməsinə dair sübut mövcüd deyil. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və 2-ci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbslə bağlı olmayan, yəni aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar