Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-699/2023 30.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin etibarnamə üzrə nümayəndəsi X7, Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X26 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin rəisi X5 tərəfindən 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ilə X26 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 1500 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin direktoru X26 şikayətini onunla əsaslandırmışdır ki,Yevlax şəhəri Fizuli küçəsində yerləşən Şəhər bazarı "xxxx" ASC-nin mülkiyyətindədir.Lakin ASC-yə məxsus bazarda ət və ət məhsullarının,yeyinti məhsullarının satışını "xxxx" ASC həyata keçirmir.ASC-yə məxsus bazarda ət və ət məhsullarının,yeyinti məhsullarının, yeyinti məhsullarının satışını "xxxx" ASC ilə icarə müqaviləsi əsasında satışı həyata keçirən sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı fiziki şəxsdir.Odur ki,bazarda hər hansı pozuntu aşkar edilmişdirsə həmin pozuntuya görə inzibati xəta tətbiq edilən şəxs "xxxx" ASC deyil,icarə müqaviləsi əsasında bazarda piştaxtaları icarəyə götürən və həmin piştaxtalarda ət və ət məhsullarının satışını həyata keçirən sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxsdir.Ət və ət məhsullarının baytarlıq arayışı,ət məhsullarının üzərinin qoruyucu torla örtülməsi,ət satışı mağazalarında səthinin hamar saxlanması da "xxxx" ASC-nə məxsus bazarda icarə müqaviləsi əsasında satış həyata keçirən,sahibkarlıq fəaliyyəti ilə məğqul olan fiziki şəxslər tərəfindən təmin edilməli idi. Səlahiyyətli orqanın qərarına görə, "xxxx" ASC-yə məxsus şəhər bazarında dezinfeksiya müqaviləsinin olmadığı,ət satışı mağazalarında pəncərələrdə qoruyucu torların olmadığı,ət mağazalarında səthlərin hamar olmadığı,satılan ətlərin baytarlıq arayışlarının olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 19 sentyabr 2023-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin rəisi X5 tərəfindən 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddəsi ilə X26 1500 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin etibarnamə üzrə nümayəndəsi X3 Elnur Famil oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, küçələrdə ət satışına icazənin olmadığını,ət məhsulları ancaq kəsimxanalarda kəsilib satıldığını,heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli sərəncamının olduğunu,ancaq həmin sərəncama əməl etməyib özləri kəsib satdığını,ət satışı mağazalarda pəncələrində qoruyucu torların olmadığı,ət mağazalrında səhtinin hamar olmadığı,satılan ətlərin baytarlıq arayışının olmadığı,Daşınmaz Əmlakla icarə müqaviləsində ərazi "xxxx" ASC-yə aid olduğundan,Elnur Əziziov "xxxx" ASC-də vəzifəli şəxs olduğundan,yoxlama zamanı sahibkarla "xxxx" ASC arasında baqlanmış icarə müqaviləsini təqdim etmədiyini,bazarda neqativ halların baş verməməsi üçün bazar rəhbərliyi nəzarət etdiyini,baş verən nöqsanların aradan qaldırılması üçün Bazar rəhbərliyinə və sahibkarlara dəfələrlə xəbərdarlıq edildiyini,bildirişlər göndərəldiyini bildirərək X41 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək qərarın qüvvədə qalmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin 02 oktyabr 2023-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, "xxxx" ASC-yə məxsus şəhər bazarında dezimfeksiya müqaviləsinin olmadığı,ət satışı mağazalarında pəncərələrdə qoruyucu torların oladığı,ət mağazalarında səthlərin hamar olmadığı,satılan ətlərin baytarlıq arayışlarının olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 19 sentyabr 2023-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin rəisi X5 tərəfindən 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddəsi ilə X26 1500 manat məbləğində cərimə edilmişdir. 05 fevral 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X14 arasında icarə müqaviləs vardır. 07 aprel 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X4 arasında icarə müqaviləs vardır. 01 mart 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X21 arasında icarə müqaviləs vardır. 21 yanvar 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X10 arasında icarə müqaviləs vardır. 08 fevral 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X8 arasında icarə müqaviləs vardır. 17 fevral 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X6 arasında icarə müqaviləs vardır. 10 yanvar 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X32 arasında icarə müqaviləs vardır. 10 fevral 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X11 arasında icarə müqaviləs vardır. 21 yanvar 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X15 arasında icarə müqaviləs vardır. 02 fevral 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X22 arasında icarə müqaviləs vardır. 18 yanvar 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X27 arasında icarə müqaviləs vardır. 18 yanvar 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X28 arasında icarə müqaviləs vardır. 05 yanvar 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X9 arasında icarə müqaviləs vardır. 01 mart 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X23 arasında icarə müqaviləs vardır. 08 yanvar 2023-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin nəzarətçisi X13 ilə X33 arasında icarə müqaviləs vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 220.2-ci maddəsinə əsasən Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 477.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC-yə məxsus şəhər bazarında dezinfeksiya müqaviləsinin olmadığı,ət satışı mağazalarında pəncərələrdə qoruyucu torların oladığı,ət mağazalarında səthlərin hamar olmadığı,satılan ətlərin baytarlıq arayışlarının olmadığı faktları aşkar olunmuşdur və X26 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddəsi ilə təqsirli bilinmişdir. X2, şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, "xxxx" ASC ilə sahibkar arasında bağlanmış icarə müqaviləsində yaranmış nöqsanlara göre sahibkarın məhsulliyət daşıması əks olunmadığından,ət satışı mağazalarında yaranmış nöqsanlara göre vəzifəli şəxs olaraq Elnur Əzizovun məhsuliyyət daşıdığından,ət satışı mağazaları bazar ərazisində fəaliyyət göstərdiyindən, ASC mağazaları sahibkarlara icarəyə verib mənfəət əldə etdiyindən, ət satışı mağazalarının pəncələrində qoruyucu torların olmaması,ət mağazalarında səhtinin hamar olmaması,satılan ətlərin baytarlıq arayışının olmaması,sərinləndirici qurğuların olmaması, ASC sahibkarlara mağazaları icarəyə verdiyindən qeyd olunan nöqsanlarıda tənzimləmək "xxxx" ASC-nin üzərinə düşür. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında Yevlax- Mərkəzi Bazar” ASC vəzifəli şəxsi X12 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X12 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Qida X1 Aran regional 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida X1 Aran regional 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan X26 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-699/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-699/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver