Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-7/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli qərarından vermiş olduğu şikayətinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Fariz İbrahimov Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli qərarından şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli icra sənədinə əsasən Fariz İbrahimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Onun həmin qərardan xəbəri olmamışdır. Qərara viziual baxış keçirən zaman orada onun imzasının olmaması aşkar olunmuşdur. Yalnız icra şöbəsi tərəfindən dəvət olunub tanış olan zaman bilmişdir ki, ona polis tərəfindən qərarla cərimə tərtib olunmuşdur. Lakin bu qərar ona qanunsuz tətbiq olunmuşdur. Çünki onun epidemiya dövründə portal mərkəzindən icazəsi var. Həm də dediyi kimi bu qərarın hansı şəraitdə və kim tərəfindən ona yazılmasından xəbəri olmamışdır. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən qanunla ona verilmiş qərardan şikayət vermək hüququndan istifadə edərək vəzifəli şəxsin qərarından şikayət verir. Fariz İbrahimov məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və səbəbləri barədə məhkəmə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli protokolun surətindən görünür ki, həmin protokol xx xxxxxxxx 1980-ci ildə Beyləqan rayonunda anadan olmuş X4 barəsində tərtib edilmişdir ona görə ki, o, karantin rejimi qaydalarını pozmuş nəticədə onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, X1 rejimi qaydalarını pozduğu üçün o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx xxxxxxxx 1980-ci il tarixdə Şuşa şəhərində doğulmuşdur. Əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, X2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək icazəsi olub. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Fariz İbrahimov barəsində Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı üzrə icra sənədi tam olmadığından geri qaytarılmışdır. İnzibati Xətalar Məcəlləsi: Maddə 53.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; Maddə 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Maddə 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Maddə 129.1.3. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Maddə 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Maddə 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; İlk olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş protokolun surətinə nəzər yetirdikdə həmin protokolun başqa şəxs barəsində, Beyləqan rayonunda anadan olmuş X5 barəsində tərtib edildiyi, daha sonra isə düzəliş edilərək X4 barəsində düzəliş aparıldığı müəyyən olunur. Həmin protokolun və qərarın əslinin təqdim edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə sorğu verilsə də, bu sorğu icra edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, həmin tarixdə X2 həmin ərazidə olması da təsdiqini tapmamışdır, belə ki, barəsində tərtib edilmiş şəxs həmin protokolu imzalamamış, İXM-nin 100.4 maddəsinə müvafiq imtina edib etməməsi, bunun səbəbi qeyd edilməmişdir. Daha sonra qeyd edilməlidir ki, həmn protokolun surəti X3 təqdim edilməmiş, sonuncu bu barədə Yevlax rayon icra və probasiya şöbəsində məlumatlandırılmışdır. Eyni zamanda Əmək müqaviləsi bildirişinin surəti ilə müəyyən olunur ki, X2 xx xxxxx 2020-ci il tarixdə icazəsi olub. Məhkəmə qanunun yuxarıda göstərilən müddəalarına əsasən belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133- 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədirlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-7/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-7/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver