Məhkəmə qərarları › İş №3(039)-70/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-70/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-70/2022 24.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi X4 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə nəzərdə tutulan 23.01.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs 23.01.2022-ci il tarixdə saat 19.30-da sərxoş vəziyyətdə Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən “Sənəm” şadlıq sarayının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X9 izah etdi ki, 23.01.2022-ci il tarixdə saat 19.30-da Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən “Sənəm” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə olan Şəxs ictimai yerdə ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx.xx.2004-cü il təvəllüdlüdür. 23.01.2022-ci il tarixdə Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən “Sənəm” şadlıq sarayında onun hərbi xidmətə getməsi ilə əlaqədar məclisdə olmuş, saat 19.30 radələrində şadlıq sarayının qarşısında səs küy olduğundan küçəyə çıxmış, orada qardaşı Rac Mikayılovun polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə apardıqlarını görmüş və buna müdaxilə etməyə çalışmışdır. Polisin göstərişlərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə çıxış edərək, oğlu Şəxs yetkinlik yaşına çatmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq, Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X10 çıxış edərək, Şəxs yetkinlik yaşına çatmadığını, əməlindən səmimi olaraq peşmançılıq çəkməsini, yaxın günlərdə hərbi xidmətə yola düşdüyünü nəzərə alaraq, Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X11 ifadəsində bildirmişdir ki, 23.01.2022-ci il tarixdə saat 19.30 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən “Sənəm” şadlıq sarayının qarşısında bir nəfər şəxsin ictimai yerdə ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, öz xuliqanlıq hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilən zaman onun qardaşı Şəxs və bir neçə yaxın qohumları buna maneçilik törətməyə başlamışlar. Şəxs onu dəfələrlə nizam intizama dəvət edən polis əməkdaşlarına qarşı kobudluq edərək, polisin ünvanına nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X13, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X12 və Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 şahid X5 verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə edilmiş 23 yanvar 2022-ci il tarixli 13 saylı sərxoşluq hallarının müəyyən edilməsi barədə tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli (0,4%) sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X3 və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi (İXM 32.1.1) və inzibati xətanın yetkinlik yaşına çatmayan tərəfindən törədilməsi (İXM 32.1.2) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi (İXM 33.1.7) məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci mаddəsinin sanskiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.2004-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi 5 (beş) saat saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar