Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-70/2023 19.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Şəxs barəsində toplanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə materiallar Yevlax Rayon Məhkəməsinə göndərilib. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək, məhkəmə hesab edir ki, bu işin baxılması Yevlax Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə Yevlax Rayon Polis Şöbəsindən inzibati xəta haqqında materiallar daxil olmuş 3(039)-69/2023, 3(039)-70/2023, 3(039)-71/2023, 3(039)-72/2023, 3(039)-73/2023 nömrələri ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Şəxs ayrı-ayrı vaxtlarda törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 19 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(039)-69/2023, 3(039)- 70/2023, 3(039)-71/2023, 3(039)-72/2023, 3(039)-73/2023 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(039)-69/2023 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri tərtib olunmuş inzibati xəta haqqında materiallar baxılması üçün icraata qəbul edilsin.
2. Məhkəməsinin icraatında olan 3(039)-69/2023, 3(039)-70/2023, 3(039)-71/2023, 3(039)-72/2023, 3(039)-73/2023 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(039)-69/2023 nömrəli nömrə ilə davam etdirilsin.
3. İşə Yevlax Rayon Məhkəməsinin binasında dərhal baxılsın.
4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.
5. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.
Hakim Ruslan Əlizadə