Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-701/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Yevlax rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 17 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-5999/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yevlax Rayon Məhkəməsinin 2(039)-470/2020 saylı, xx.xx.2020-ci il tarixli və Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3124/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 11900 manat aliment borcunu ödəməkdən yayınmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. 17 oktyabr 2023-cü il tarixdə borclu könüllü olaraq icra şöbəsinə gəlmişdir. Şöbədə icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək qalıq 11900 manat aliment borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, uzun zamandır ölkə hüdudlarından kənarda yaşayır. Bu səbəbdən də qeyd olunan icra sənədlərini icra etməmişdir. Bundan başqa o, alimentə dair icra sənədlərindən məlumatlı olmuş, lakin Yevlax Rayon Məhkəməsinin 2(039)-470/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən məlumatı olmamış və hazırda həmin icra sənədini apellyasiya qaydasında mübahisələndirəcəkdir. Digər icra sənədləri üzrə hazırda tələbkara 2000 manat ödəniş etmiş və qalıq borcunu isə qısa zamanda ödəyəcəyini bildirməklə barəsində olan protokolun icraatına xitam verilməsini xahiş etmişdir. X2 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs hazırda aliment borcundan 2000 manat ödəniş etmişdir. Qalıq borcun ödənilməsində borclu ilə razılıq əldə etmişlər. Bu səbəbdən də hazırda borclunun barəsində olan inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. (Bu barədə məhkəməyə ərizə təqdim etmişdir). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 5999 saylı, xx.xx.2019-cu il tarixli, Suraxanı Rayon Məhkəməsinin 470 saylı, xx.xx.2020-ci il tarixli və Suraxanı Rayon Məhkəməsinin 3124 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 11900 manat aliment borcunu ödəməkdən yayınmışdır; İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5999/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-470/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3124/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı hazırkı icra sənədi üzrə isə borclu tərəfindən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması və onu məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə təqdim edildikdən sonra icra sənədi üzrə mövcud olan borcundan tələbkarın xeyrinə 2000 manat ödəniş edilmişdir. Qeyd olunanan hal isə borclunun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-5999/2019 saylı, xx.xx.2019-cu il tarixli, Yevlax Rayon Məhkəməsinin 2(039)-470/2020 saylı, xx.xx.2020-ci il tarixli və Suraxanı Rayon Məhkəməsinin 2(010)-3124/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-701/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-701/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver