Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-702/2021 10.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1-da yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2213/2015 №-li, 13 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən, yaranmış 1434 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Böyük icra məmuru, İ dərəcli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəmə iclasında izahat verərək bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2213/2015 №li, 13 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yaşayan Şəxs tutulan alimentin məbləği artırılaraq 06 may 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat və 19 noyabr 2008-ci il ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat müəyyən edilmiş və hər ay tutularaq ünvan 2 ünvanında yaşayan tələbkar X2 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkar Xəbirə Nəsibovanın xeyrinə heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İnzibati işə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X4 xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişləri almışdır. O, İİ qrup əlil olmaqla pensiyaçıdır, pensiyasından hər ay 180 manat tutulub tələbkar Xəbirə Nəsibovanın hesabına keçirilmişdir. Pensiyası müəyyən olmayan səbəbdən 2021-ci ilin mart ayından dayandırılmışdır. O, da xəstəliyi ilə əlaqədar heç bir iş görə bilmədiyi üçün həmin vaxtdan tələbkar Xəbirə Nəsibovanın xeyrinə əvvəl hər ay 100 manat məbləğində aliment, sonradan isə 160 manat aliment ödəmişdir. 2021-ci ilin avqust ayında isə 180 manat aliment ödəmişdir. Alimenti ödəməkdən boyun qaçırmır, hazır ki, 1434 manat alimenti tam şəkildə ödəyə bilmədiyi üçün aliment borcu qurtarana kimi hər ay tələbkar Xəbirə Nəsibovanın xeyrinə 180 manat məbləğində aliment ödəyəcəkdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, borclu Şəxs pensiyası dayandırılsa da, o, hər ay 160 manat alimenti ödəmişdir. 2021-ci ilin avqust ayında isə aliment borcundan 20 manat olmaqla, cəmi 180 manat pulu tələbkar Xəbirə Nəsibovanın xeyrinə ödəmişdir. Borclu Şəxs gələcək də hər ay tələbkar Xəbirə Nəsibovanın xeyrinə 180 manat aliment ödəməyə söz verir. Məhkəmə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 2213/2015 №-li, 13 oktyabr 2015-ci il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-702/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-702/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver