Məhkəmə qərarları › İş №3(039)-703/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-703/2021

11.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-703/2021 11.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Gülövşə kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 10 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində Yevlax rayonu Xaldan kəndində əkin yerinin yandırılması ilə bağlı polisin qanuni tələbinə tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfərləri, polis serjantı X5 və X7 birlikdə xidmətdə olarkən saat 18:27 radələrində bir nəfər şəxsin Yevlax rayonu Xaldan kəndində yolun kənarında ətrafa təhlükə yarada biləcək yanğın törətdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq etdiyi hərəkətin qanunsuz olduğunu bildirmiş, lakin həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən məcburi qaydada rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra polis nəfərləri, polis serjantı X5 və X2 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən araşdırma aparılmış, və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fizuli Qəhrəmanov bildirmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Yevlax rayonu Xaldan kəndində əkin yerini yandırdığı zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, əsəbi olduğundan ucadan səs-küy salmış, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 10 sentyabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXBnun polis nəfəri, polis serjantı X7 ilə birlikdə xidmətdə olarkən saat 18:27 radələrində bir nəfər şəxsin Yevlax rayonu Xaldan kəndində yolun kənarında ətrafa təhlükə yarada biləcək yanğın törətdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq etdiyi hərəkətin qanunsuz olduğunu bildirmiş, lakin həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən məcburi qaydada rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, və X2 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. İşdə olan 10 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 10 sentyabr 2021-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadəsi, polis sahə rəisi, polis kapitanı Yunis İsmayılovun çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar