Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-706/2024 01.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X1, Müdafiəçi - Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Kövər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax rayonu Kövər kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin İBnin təhqiqatçısı polis kapitanı Şahid həmin şöbənin 101 nömrəli xidməti otağında xidmətdə olan zaman bir nəfər şəxs əsəbi vəziyyətdə xidməti otağa daxil olaraq səs-küy salmaqla ictimai qaydanı pozmuş, polis əməkdaşlarının iş fəaliyyətini pozmuş, həmin şəxs nizam intizama dəvət olunduqda o, tabesizlik göstərmişdir. Daha sonra şəxsiyyəti müəyyən edilən Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək hazırda əməlindən peşman olmasını bildirərək Yevlax Rayon Polis Şöbəsinin İB-nin təhqiqatçısı polis kapitanı Şahid tərəfindən arvadının barəsində qonşusu X3 şikayətinin araşdırıldığını və cinayət işinin baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərildiyini qeyd etdi. Məhkəmədə Pərviz ilə barışıq əldə olunması üçün onlara vaxt verildiyini, araşdırma polis şöbəsində aparıldığından barışıq ərizəsi yazmaq üçün Pərvizlə birgə xx.xx.2024-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinə getdiyini, təxminən saat 18.00 radələrində təhqiqatçı Şahid otağına daxil olduğunu və əsəblərini cilovlaya bilmədiyindən orada səs-küy saldığını, polis əməkdaşları onu sakitləşdirməyə çalışsa da, hay-küyə, narazılığa davam etdiyini bildirdi. Əlavə olaraq polis əməkdaşlarına söymədiyini, sadəcə çox əsəbi olduğundan səs küy salmaqla cavab verdiyini bildirmişdir. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid çıxış edərək xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin 101 nömrəli xidməti otağında xidmətdə olduğu zaman bir nəfər şəxsin əsəbi vəziyyətdə xidməti otağa daxil olaraq səsküy salmaqla ictimai qaydanı pozduğunu, onun və digər polis əməkdaşlarının iş fəaliyyətini pozduğunu, həmin şəxs nizam intizama dəvət olunduqda onun tabesizlik göstərdiyini bildirmişdir. Daha sonra şəxsiyyəti müəyyən edilərkən onun Şəxs olduğu müəyyən edilmişdir. Şəxs sakitliyə riayət etməsi bildirilsə də, buna məhəl qoymamış və onun ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bununla bağlı o, müvafiq raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 çıxış edərək xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin 101 nömrəli xidməti otağında xidmətdə olduğu zaman bir nəfər şəxsin əsəbi vəziyyətdə xidməti otağa daxil olaraq səsküy salmaqla ictimai qaydanı pozduğunu, onun və digər polis əməkdaşlarının iş fəaliyyətini pozduğunu, həmin şəxs nizam intizama dəvət olunduqda onun tabesizlik göstərdiyini bildirmişdir. Həmin şəxsə sakitliyə riayət etməsi bildirilsə də, o, buna məhəl qoymamış və digər təhqiqatçı Şahid ünvanına nalayiq ifadələr səsləndirmişdir. Sonradan həmin şəxsin Şəxs olduğunu, bir neçə vaxt öncə Şahid icraatında Əfsanın arvadının barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə araşdırma aparıldığını bilmişdir. Şəxs səsinə binada xidmət aparan digər polis əməkdaşları da işlərini yarımçıq qoyub onların otağına gəlmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində inzibati iş üzrə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax rayonu Kövər kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanı etiraf etməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-706/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-706/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver