Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-707/2023 04.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi, vergi xidməti müşaviri X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi, vergi xidməti müşaviri X7 izahatında bildirdi ki, İddiaçı Şəxs cavabdeh X4 qarşı pul tələbinə dair mülki işin məhkəmə baxışı zamanı ayrıayrı şəxslərə pul kreditinin verilməsi barədə, yəni qanunsuz sahibkarlıq fəaliyyəti cinayətinin əlamətləri olduğundan Yevlax rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli xüsusi qərardadı və Şəxs qanunazidd hərəkətləri barədə Tacirə Vahabova, Pərvanə Baxşıyevə, Qəndab Əliyeva, Gülnarəsəmalı Məhyəddinova və Yasin Musayevin müraciətləri üzrə toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinə daxil olmuşdur. Araşdırma zamanı X6, X5, X1, X10 və X8 izahatlarında, 01 aprel 2012-ci ilin tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövrdə Şəxs kreditə pul götürdüklərini və ona faiz ödədiklərini qeyd etmişlər. Baş İdarənin Təşkilati-analitik və preventiv tədbirlər idarəsindən alınmış məlumata əsasən Şəxs (VÖEN:**********) fərdi sahibkar kimi 27 oktyabr 2022-ci il tarixdə südlük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi fəaliyyəti üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmış və hər hansı təsərrütat subyektləri olmamışdır. Həmçinin, fiziki şəxs Şəxs hüquqi ünvanı Yevlax rayonu, ev 16 olmuşdur, (xx.xx.2012xx.xx.2022 fəaliyyət dövrü) fiziki şəxs tərəfindən vergi hesabatları və digər məlumatlar vergi orqanına təqdim edilməmiş, idxal-ixrac, malların alqı-satqısı əməliyyatları aparılmamış, baza məlumatlarına əsasən hər hansı bank hesabları olmamışdır. Şəxs əməlinə obyektiv hüquqi qiymət verilməsi üçün onun fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə vergi uçotunda olmadığı dövrdə, eləcə də vergi uçotuna alındıqdan sonra (ayrıayrılıqda) hansı miqdarda ziyan vurması, habelə hansı miqdarda gəlir əldə etməsinin müəyyən edilməsi üçün 24 avqust 2023-cü il tarixdə mütəxəssis cəlb edilmiş və qərar icra olunması üçün toplanmış material Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinə təqdim olunmuşdur. Baş İdarənin Audit şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********014000 nömrəli mütəxəssis rəyinə əsasən, fiziki şəxs Şəxs (VÖEN:**********) xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 20298,0 manat məbləğində qanunsuz gəlir əldə etməsi müəyyən olunmuşdur. Beləliklə də, Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan, pul krediti verməsi nəticəsində az miqdar təşkil edən, 20298,0 manat məbləğində qanunsuz gəlir əldə etməsi tam olaraq sübuta yetirilmişdir. Fiziki şəxs Şəxs 20298,0 manat məbləğində qanunsuz gəlir əldə etməsinə hüquqi qiymət verərkən belə nəticəyə gəlinir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli 68- VİQD nömrəli Qanunu və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2020-ci il tarixli Fərmanı ilə Cinayət Məcəlləsinin 192.1-ci maddəsində xeyli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ məzmunlu dəyişiklik edilmişdir. Həmin qanunun 2.1ci maddəsində göstərilmişdir ki, bu Qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minir. Qanunun 2.4.-cü maddəsində qeyd edilmişdir ki, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Beləliklə də, Cinayət Məcəlləsinə edilmiş 1 may 2020-ci il tarixli dəyişiklikdən sonra vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətləri üzrə cinayət tərkibi yaradan məbləğ əlli min manatdır. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, az miqdarda, yəni əlli min manatdan yuxarı olmayan məbləğdə gəlir əldə etmə inzibati xəta hesab edilir. Həmin məcəllənin 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Odur ki, Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan, pul krediti verməsi nəticəsində 20298,0 manat məbləğində qanunsuz gəlir əldə etməsi taktına dair toplanmış 23-0000-xx-xx-001985 nömrəli materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin tərkibi olduğundan, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, Yevlax şəhərində mərkəzi bazarda paltar alışı və satışı ilə məşğuldur. O, tanıdığı şəxlərə nisyə olaraq paltar satır və sonra həmin adamlar borclu olduqları pulun məbləğini ona qəbz formasında yazırlar. O, kimlərəsə “sələmə” pul verməyibdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqanına geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir İlk növbədə qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında məhkəməyə təqdim etdiyi məhkəmə qətnamələrindəki Tahirə Vahabovanın və digərlərinin Şəxs aldıqları pul vəsaitlərinin məbləği ilə inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda göstərilən pul məbləğlərində uyğunsuzluq vardır. Bundan başqa məhkəmə hesab edir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin mütəxəssisi məhkəmə qətnamələrinin olduğu halda rəyində bu hallara qiymət vermədiyindən araşdırmanı tam apara bilmədiyi üçün rəyi natamam olmuşdur. Belə ki, məhkəmə qətnamələri vergi orqanına təqdim olunacağı təqdirdə, Şəxs əməlinə düzgün hüquqi qiymət vermək mümkün ola bilərdi. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qaytarılsın. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-707/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-707/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver