Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-708/2021 13.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis mayoru X6, Zərər çəkmiş şəxs X9, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1998-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Yenicə kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 13 iyun 2021-ci il tarixdə saat 21:15 radələrində ünvan 1 ünvanında X11 döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, Yevlax şəhəri C.Mustafayev küçəsi ev 46-da yaşayan X12 13 iyun 2021-ci il tarixdə saat 21:20 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək, Şəxs adlı şəxsin icazəsiz onun evinə daxil olmasını, azyaşlı qızının üzərinə gəlməsini, evdən çıxamasını bildirdikdə onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X4 araşdırılma aparılmış, lakin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə inzibati xətasının tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xətanın tərkibinin əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmasına üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə Yevlax Rayon Polis X3 Bölməsinə təqdim edilmişdir. Qərara əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, o, 2021-ci ilin yanvar ayında Bakı şəhərində olarkən X2 ilə tanış olmuş, aralarında münasibətlər yaranmış və telefonla danışmışlar. Tanış olduğu Nəzrin Tanrıverdiyeva ona hazırda Yevlax şəhərində yaşayan dayısıgilin evlərində olmasını bildirdiyinə görə Yevlax şəhərinə gəlmişdir. 13 iyun 2021-ci il tarixdə axşam saatlarında görüşmək üçün Nəzrin Tanrıverdiyevanın dayısı Fazil Həsənovun yaşadığı evə gəlmiş, evdə olarkən Nəzrin Tanrıverdiyevanın anası otağa daxil olmuşdur. Həmin vaxt yaranmış mübahisə zamanı səs-küyə Nəzrin Tanrıverdiyevanın dayısı otağa daxil olaraq onu döydükləri üçün özünü müdafiə etmək üçün o, da Fazil Həsənovu vurmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X12 bildirmişdir ki, 13 iyun 2021-ci il tarixdə axşam saatlarında yorulduğu üçün yaşadığı evdə yatmışdır. Həmin vaxt bacısı Samirənin qışqırmasını eşidib evin ikinci mərtəbəsində onlar olan otağa getmişdir. Orada tanımadığı bir nəfər şəxsi görmüş, həmin şəxsdən evə icazəsiz daxil olmasını soruşduqda həmin şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı həmin şəxs onunla əlbəyaxa olaraq ona qarşı əl-qol ataraq onu döymüşdür. Ona görə də o, DİN-in 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Şəxs şikayətçidir və onun barəsində tədbir görülməsini xahiş etdi. Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis kapitanı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 16 iyun 2021-ci il tarixli, 319 saylı rəyində göstərilmişdir ki, X9 bədənində aşkar edilmiş xəsarət-sol dirsəyin, sol kürəkaltı nahiyyənin, sol körpücükaltı nahiyyənin, sol yanağın sıyrığı, sol gözaltı nahiyyənin qançırı küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 13 iyun 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafedici izahatı, zərər çəkmiş şəxs Fazil Həsənovun ifadəsi, “MTE və PA Birliyi” nin Yevlax Rayon Şöbəsinin 16 iyun 2021-ci il tarixli, 319 saylı rəyi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdilən və ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini kifayət saymayaraq inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən saat 13:00-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-708/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-708/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver