Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-709/2021 13.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 20.08.2013-cü il tarixli, 2(013)-1185/2013 saylı icra sənədinə əsasən borclu Şəxs yaranmış 2880 (iki min səkkiz yüz səksən) manat məbləğində aliment borcunu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən Şəxs barəsində 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ağdam Rayon Məhkəməsinin 20.08.2013-cü il tarixli, 2(013)-1185/2013 saylı icra sənədi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirlərinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və hazırda 2880 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Qeyd olunan borcun ödənilməsi üçün Şəxs polis tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və ondan borcunun ödənilməsi tələb edilmiş, lakin o, 13 sentyabr 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında maddi imkanının olmamasını bildirərək tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Ağdam Rayon Məhkəməsinin 20.08.2013-cü il tarixli, 2(013)- 1185/2013 saylı icra sənədinə əsasən tələbkar X6 2880 manat məbləğində aliment borcu yaranmışdır. Uzun zamandır işləmədiyindən və maddi imkanı olmadığına görə icra sənədi üzrə borcunu tələbkara ödəyə bilməmişdir. Hazırda borcundan tələbkarın xeyrinə 200 (iki yüz) manat ödəniş etmişdir, qalan borcun ödənilməsi barədə tələbkar ilə razılığa gəlmişdir. Hazırda fermada çoban işləyir və aylıq qazancı vardır, bundan sonra borcundan tələbkarın xeyrinə hər ay hissə-hissə ödənişlər edəcək. Məhkəmədən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 ərizə təqdim edərək izah etdi ki, Ağdam Rayon Məhkəməsinin 20.08.2013-cü il tarixli, 2(013)-1185/2013 saylı icra vərəqəsinə əsasən borclunun ona 2880 manat aliment borcu yaranmışdır. Borclu Şəxs borcundan 200 (iki yüz) manat ödəniş etmişdir. Qalan borcun ödənilməsi barədə borclu ilə razılığa gəlmiş, hazırda ondan şikayətçi deyildir. Məhkəmədən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-709/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-709/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver