Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-71/2020 28.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Şəxs barəsində Yevlax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 11.00-da Yevlax Rayon Məhkəməsinin inzibati binasında qardaşı X1 söyərək təhqir etmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə inpektoru polis mayoru X2 izah etdi ki, Şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 11.00 radələrində Yevlax Rayon Məhkəməsinin inzibati binasında bacısı Şəxs söyüb təhqir etmişdir. Bu barədə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, qardaşı ilə aralarında ev mübahisəsi vardır. xx xxxxxx 2019-cu il tarixdə məhkəmə iclasından sonra Aqil ona söyərək onu təhqir etmişdir. Bu barədə Yevlax rayon Prokuroluğuna məlumat vermişdir. O Aqilə söyməmiş və onu təhqir etməmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 izahatında bildirdi ki, bacısı ilə aralarında ev mübahisəsi vardır. xx xxxxxx 2019-cu il tarixdə məhkəmə iclasından sonra bacısının ünvanına nalayiq sözlə işlətmişdir. Bu barədə bacısı Yevlax rayon Prokurorluğuna məlumat vermişdir. Bacısı ona söyməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrəinzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) olması müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 106.0.5-ci maddəsinə əsasən Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan məlum olur ki, Aqil və Adil Nəsibovların əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməllərində xırda xuliqanlıq tərkib əlamətləri olduğuna görə qərarın surəti Yevlax RPŞ İTB-nə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə məlum olur ki, Şəxs qardaşları ilə ev mabahisələri vardır. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasından sonra Aqil və Adil Nəsibovlar bacıları Şəxs təhqir etmişlər. Aytəin Nəsibova bu barədə Yevlax rayon Prokurorluğuna müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Aqil və Adil Nəsibovların əməllərində cinayət tərkibi yoxdur. Bu səbəbdən də, xx xxxxxx 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, lakin onların əməllərində xırda xuliqanlıq tərkib əlamətləri olduğuna görə qərarın surəti Yevlax RPŞ İTB-nə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53,105-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-71/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-71/2020
28.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver