Məhkəmə qərarları › İş №3(039)-712/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-712/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-712/2021 15.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında 15 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 04 iyul 2021-ci il tarixdə Yevlax şəhəri, ünvan 1 ünvanında yaşayan X3 məxsus 210 manat dəyərində bir ədəd velosipedi oğurlamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 izah etdi ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yaşayan X5 05.07.2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 04.07.2021-ci il tarixində yaşadığı binanın qarşısından ona məxsus olan 210 manat dəyərində velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Bu barədə Yevlax RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 04.07.2021-ci il tarixində Yevlax şəhəri, Şəkili küçəsində binanın qarşısından tanımadığı şəxsə məxsus bir ədəd velosipedi satmaq məqsədilə oğurlamışdır. Oğurladığı velosipedi Dəmir Yolu adlanan ərazinin yaxınlığında tanımadığı bir şəxsə 40 manata satmışdır. Oğurluq edən zaman tək olmuşdur və maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyə bilmir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, ünvan 1 ünvanında yaşayır. 04.07.2021-ci il tarixdə evdə olmadığı müddətdə oğlu üçün 210 manata aldığı velosipedi oğlu onu yolda sürəndən sonra gətirib yaşadığı binanın giriş qapısında qoymuş, sonra oynamağa getmiş, qayıtdıqda velosipedin orada olmadığını görmüşdür. Bu barədə 05.07.2021-ci il tarixində Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 210 manat dəyərində velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 iyul 2021-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 4(039)-93/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsində əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olması, törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1982-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla 30 (otuz) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 15 sentyabr 2021-ci il tarixdən saat 16.55-dən hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin Şəxs 210 (iki yüz on) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X3 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar