Məhkəmə qərarları › İş №3(039)-716/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-716/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-716/2021 17.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi Ağdam hərbi prokurorun böyük köməkçisi vəzifəsini icra edən, ədliyyə leytenantı X8 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X4 iştirakı ilə xx.xx.1974-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Hərbi Prokurorluğundan daxil olmuş 17 sentyabr 2N21-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilmişdir ki, N nömrəli hərbi hissənin mülki işçiləri X9 ilə Şəxs 11.N6.2N21-ci il tarixdə mübahisə etməsi faktına görə 16.N6.2N21-ci il tarixdə hərbi hissədə xidməti araşdırma təyin olunmuş və toplanmış material araşdırılması üçün 21.N6.2N21-ci il tarixdə aidiyyəti üzrə N nömrəli hərbi hissənin Təhqiqat bölməsinə göndərilmiş və N6.N7.2N21-ci il tarixdə Bölmənin baş təhqiqatçısı, ədliyyə baş leytenantı Elmir Qasımov tərəfindən araşdırma aparılmış, toplanmış material əsasında baş təhqiqatçı, ədliyyə baş leytenantı Elmir Qasımovun 28.N7.2N21-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərar qanuniliyinin öyrənilməsi üçün Ağdam hərbi prokurorluğuna göndərilmişdir. Qərar Ağdam hərbi prokurorluğunda öyrənilərkən əsassız hesab edilərək ləğv edilmiş və əlavə araşdırmanın aparılması üçün N nömrəli hərbi hissənin Təhqiqat Bölməsinə qaytarılmışdır. Əlavə araşdırılma ilə müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatında çeşidləyici vəzifəsində işləyən mülki işçi vətəndaş X9 11.N6.2N21-ci il tarixdə saat 13:3N radələrində hərbi hissənin hamam-camaşırxana kombinatında olarkən həmin vaxt digər mülki işçi vətəndaş Şəxs ona yaxınlaşaraq nə üçün əsəbi olduğunu soruşmuş, X1 “mənim səninlə nə işim var” deyə bildirmiş, daha sonra X9 hamam otağına keçmiş, bu vaxt Şəxs öz-özünə deyinməyə başlamış və X6 “sən işdə olmayanda əvəzinə biz işləmişik” deyə bildirmiş, X9 isə “mənim qızımın həyat yoldaşı şəhid olub, bu səbəbdən icazə alaraq qızımın yanında qalmışam” deyə cavab vermişdir. Şəxs X6 “Lider xanımsan” deyə ifadə işlətmiş, həmin vaxt X2 Xalidə Ələvsər qızının üzərinə getmiş, bir-birinə girişərək saçlarından tutmuş, bir-birinə xəsarət və fiziki ağrı yetirmiş, ağrı yetirmiş, nalayiq ifadələr işlətmiş, orada olan mülki işçilər X5, X1N, X15 onları aralaşdırmağa çalışmış, mübahisə nəticəsində X9 “Boyun və döş qəfəsinin ön səthinin sıyrılmış yaraları”, Şəxs isə “Üst dodağın, boyun, sinə, sol budun orta 1/3-nin sıyrılmış yaraları, sol bazu və sol budun orta 1/3-nin qançırı” xəsarətlərini almışdır. Yuxarıda göstərilənlər araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, vətəndaş Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətlərinin olmasını və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat icraatın başlanması haqqında qərar və inzibati xəta haqqında iş üzrə icraat materialı baxılması üçün aidiyyəti Yevlax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Ağdam hərbi prokurorun böyük köməkçisi vəzifəsini icra edən, ədliyyə leytenantı X13 çıxış edərək bildirmişdir ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatında ütüləyici operator vəzifəsində işləyən mülki işçi vətəndaş Şəxs 11.N6.2N21-ci il tarixdə saat 13:3N radələrində hərbi hissənin hamam-camaşırxana kombinatında olarkən həmin vaxt digər mülki işçi vətəndaş X9 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs X4 üzərinə gedib sonuncu ilə əlbəyaxa olmuş, bu zaman onun saçından tutaraq bədəninin müxtəlif nahiyələrini cırmaqlamış, nəticədə X6 “Boyun və döş qəfəsinin ön səthinin sıyrılmış yaraları” xəsarətlərini yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. N saylı hərbi hissənin maddi-texniki təminat bölüyü hamam-çamaşırxana kombinatında ütüləyici operator vəzifəsində işləyir. 11.N6.2N21-ci il tarixdə saat 13.3N radələrində hərbi hissədə hamam-çamaşırxana kombinatında çeşidləyici vəzifəsində işləyən mülki işçi vətəndaş X6 yaxınlaşaraq nə üçün əsəbi olduğunu soruşmuş, o, isə ona “mənim səninlə nə işim var” deyə bildirmiş, daha sonra o, hamam otağına keçmiş, bu vaxt ona “sən işdə olmayanda əvəzinə biz işləmişik” deyə bildirmiş, o, isə “mənim qızımın həyat yoldaşı şəhid olub, bu səbəbdən icazə alaraq qızımın yanında qalmışam” deyə cavab vermişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş, mübahisə zamanı X9 onun üzərinə gəlmiş, bir-birinə girişərək saçlarından tutmuş, bir-birinə xəsarət və fiziki ağrı yetirmiş, nalayiq ifadələr işlətmiş, orada olan mülki işçilər X5, X1N, X15 onları aralaşdırmağa çalışmış, mübahisə nəticəsində hər ikisi xəsarətlər almışlar. Törətdiyi əməldən səmimi olaraq peşmandır. X3 ilə barışmışdır. Məhkəmədən X9 ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 ilə hazırda barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi N saylı hərbi hissənin Təhqiqat Bölməsinin N3.N9.2N21-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Qarabağ Hərbi Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 17.N7.2N21-ci il tarixli 863 nömrəli rəyindən müəyyən olunur ki, R.Hacıyevanın almış olduğu xəsarətlər – boyun və döş qəfəsinin ön səthinin sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yetirilməsi inkar olunmur, sağlamlığına zərər vurmayan xəsarətlər olduğundan ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə iş materiallarını araşdıraraq, Ağdam hərbi prokurorun böyük köməkçisi vəzifəsini icra edən, ədliyyə leytenantı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs X9 məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.N.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 1N5.1, 114.2, 114.2.1, 128.2.1 və 13N.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 1N (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar