Məhkəmə qərarları › İş №3(039)-716/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-716/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-716/2022 24.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə , xx.xx.1977-cı ildə Füzuli rayonu Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu Əhmədbəyli kəndində ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X2 Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 11000-2060/22 nömrəli, 04 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Füzuli rayonu Əhmədbəyli kəndində qeydiyyatda olan Şəxs adına Türkiyə Respublikasının “Target gida sanayi və ticaret ltd” şirkətindən idxal olunan 41472 ədəd 200 ml şüşə butulkada olan, “Sarıkız” markalı dad aromatik maddələr əlavə edilmiş mineral sular xx.xx.2022-ci il tarixli, **********8287 sorğu nömrəli gömrük bəyannaməsi ilə X4 rəsmiləşdirilmişdir. Bəyan edilən yükə baxış zamanı 3456 ədəd 200 ml şüşə butulkada olan, “Sarıkız” markalı dad aromatik maddələr əlavə edilmiş mineral sular yükünün qablaşdırılmasının üzərində istifadə müddətinin bitdiyi aşkar olunmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında səlahiyətli orqanın nümayəndəsi X1 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Füzuli rayonu Əhmədbəyli kəndində qeydiyyatda olan Şəxs adına Türkiyə Respublikasının “Target gida sanayi və ticaret ltd” şirkətindən idxal olunan 41472 ədəd 200 ml şüşə butulkada olan, “Sarıkız” markalı dad aromatik maddələr əlavə edilmiş mineral sular xx.xx.2022-ci il tarixli, **********8287 sorğu nömrəli gömrük bəyannaməsi ilə X4 rəsmiləşdirilmişdir. Bəyan edilən yükə baxış zamanı 3456 ədəd 200 ml şüşə butulkada olan, “Sarıkız” markalı dad aromatik maddələr əlavə edilmiş mineral sular yükünün qablaşdırılmasının üzərində istifadə müddətinin bitdiyi aşkar olunmuşdur. Vətəndaş barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında bildirmişdir ki, o, qeyd olunan “Target gida sanayi və ticaret ltd” şirkətindən mütamadi olaraq Sarıkız” markalı dad aromatik maddələr əlavə edilmiş mineral suları idxal edir. Həmin yüklər Türkiyə Respublikasından nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına göndərilir və nəqliyyat vasitəsi Azərbaycan Respublikasında gömrük postunda açıldıqdan sonra həqiqətən onun bəyan etdiyi yükün gəlib-gəlməməsin, həmin yüklərin yarırlığını müəyyən edir. Hazırkı halda isə istifadə müddəti bitmiş yüklərin nəqliyyat vasitəsindən aşkar olunduqdan sonra o, Türkiyə Respublikasında yerləşən şirkətlə əlaqə saxlamış və ona həmin yüklərin səhvən fəhlələr tərəfindən nəqliyyat vasitəsinə yükləndiyi bildirilmişdir. Odur ki, o qərəzli olaraq inzibati xətaya yol verməmişdir və qeyd edilən halın həqiqətən Türkiyə Respublikasında yerləşən şirkəti səhvi ucbatından baş verməsi üçün müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının başqa təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iclası təxirə salınsa da barəsində inzibati icraat aparılan fiziki şəxs məhkəmə iclasına gəlməmiş və hər hansı bir sənəd təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Füzuli rayonu Əhmədbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; 11000-2060/22 nömrəli, 04 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Füzuli rayonu Əhmədbəyli kəndində qeydiyyatda olan Şəxs adına Türkiyə Respublikasının “Target gida sanayi və ticaret ltd” şirkətindən idxal olunan 41472 ədəd 200 ml şüşə butulkada olan, “Sarıkız” markalı dad aromatik maddələr əlavə edilmiş mineral sular xx.xx.2022-ci il tarixli, **********8287 sorğu nömrəli gömrük bəyannaməsi ilə X4 rəsmiləşdirilmişdir. Bəyan edilən yükə baxış zamanı 3456 ədəd 200 ml şüşə butulkada olan, “Sarıkız” markalı dad aromatik maddələr əlavə edilmiş mineral sular yükünün qablaşdırılmasının üzərində istifadə müddətinin bitdiyi aşkar olunmuşdur; Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də fiziki şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, fiziki şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3456 ədəd 200 ml şüşə butulkada olan, “Sarıkız” markalı dad aromatik maddələr əlavə edilmiş mineral sular müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar