Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-717/2021 17.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Yevlax Rayon Polis X4 Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Şıxlınski küçəsi ev 34-də yaşayan. Şəxs qızı barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 05 iyul 2021-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında 2004-cü il təvəllüdlü X6 döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İlqar Məmmədrzayev bildirmişdir ki, 23 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X1 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı 2004-cü il təvəllüdlü X6 05 iyul 2021-ci il tarixdə əri Elgiz döymüş və onunla əlaqə yaratmasına maneçilik etməsi barədə məlumat verdiyinə görə Mehriban Məmmədovanın müraciəti əsasında toplanmış material üzrə Yevlax Rayon Polis X7 baş təhqiqatçısı, polis mayoru X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 avqust 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, 05 iyul 2021-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında mobil telefon işlətdiyinə görə aralarında yaranmış mübahisə zamanı qeyri rəsmi nikahda yaşadığı X6 döymüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərər çəkmiş şəxs X9 məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X7 baş təhqiqatçısı, polis mayoru Faiq Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 avqust 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. MTE və PA-nın 468 №-li, 24 iyul 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, X5 bədəni üzərində aşkar edilmiş xəsarət-alt dodağın selikli qişasının çapığı, sol bazunun orta 1/3-nin yan səthinin, sağ bud nahiyyəsinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 05 iyul 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-717/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-717/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver