Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-717/2022 17.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Teymur Əhmədov adına "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən xx.xx.2020-ci il tarixli, 27/07/20/E saylı müqavilə əsasında xx.xx.2021-ci il tarixli, **********4661 saylı gömrük bəyannaməsi üzrə ABŞ-a ixrac edilən yükün dəyərinin qalıq 9905 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən xx.xx.2020-ci il tarixli, 27/07/20/E saylı müqavilə əsasında xx.xx.2021-ci il tarixli, **********4661 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən yükün dəyərinin qalıq 9905 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Lakin sonradan əlavə olaraq səlahiyyətli orqanın nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə Konsiqnasiya əməliyyatları üzrə hesabatdan xx.xx.2022-ci il tarixli çıxarış təqdim edərək sözügedən məbləğin tam şəkildə köçürüldüyünü qeyd edərəkTeymur Əhmədov adına "xxxx" QSC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, **********4661 saylı gömrük bəyannaməsi üzrə ixrac edilmiş məhsulların müqabilində vəsait müəssisənin "xxxx" ASC-nin Göyçay filialındakı hesabına mədaxil edilmiş və Gömrük portalına daxil olunmuş vəsaitin qeydiyyatı təmin edilmişdir. Lakin bank əməkdaşının həmin əməliyyatı sistemə gec daxil etməsi səbəbindən gömrük orqanı sistemdə vəsaitin qaytarılmasını müəyyən edə bilməmişdir. Hazırda protokol əsassız olduğundan hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 11000-2524/22 saylı protokoldan görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən xx.xx.2020-ci il tarixli, 27/07/20/E saylı müqavilə əsasında xx.xx.2021-ci il tarixli, **********4661 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən yükün dəyərinin qalıq 9905 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir; "xxxx" ASC-nin Göyçay filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 180 nömrəli məktubundan görünür ki, **********4661 saylı yük gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə daxil olmuş 9393 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə daxil olmuş 1196 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə daxil olmuş 27263 ABŞ dolları vəsaitlər portalda qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə Konsiqnasiya əməliyyatları üzrə hesabatdan xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli, **********4661 saylı gömrük bəyannaməsi üzrə ödənilməli olan 37168 ABŞ dolları ixracatçıya tam şəkildə köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, səlahiyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasına əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət yarandığından, hazırkı halda isə **********4661 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən yükün dəyərinin qanunla müəyyən olunmuş 180 gün bitməmiş, yəni müvəkkil bank tərəfindən təqdim olunmuş məktubda qeyd edilən xx.xx.2022-ci il tarixdə Teymur Əhmədov adına "xxxx" QSC-nin müvəkkil bankda olan hesabına daxil olması ilə inzibati xətanın törədilməsi istisna Teymur Əhmədov adına "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Teymur Əhmədov adına "xxxx" QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-717/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-717/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver