Məhkəmə qərarları › İş №3(039)-718/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-718/2021

19.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-718/2021 19.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X4 iştirakı ilə xx.xx.1976-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 19 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə saat 14.00 radələrində ünvan 2 ünvanında yaşayan həyat yoldaşı X7 döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X5 çıxış edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X8 18.09.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətizəng mərkəzi sisteminə zəng edərək və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 17.09.2021-ci il tarixdə yaşadığı evdə baş vermiş münaqişə zamanı həyat yoldaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin TB-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 18.09.2021-ci il tarixli qərarın surəti Yevlax RPŞnin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, X8 onun həyat yoldaşıdır. Birlikdə ünvan 2 ünvanında yaşayırlar. Əvvəllər onunla həyat yoldaşı arasında qısqanclıq zəminində baş vermiş münaqişələrə görə ailə münasibətləri pisləşmişdir. 17.09.2021-ci il tarixdə evdə olan zaman həyat yoldaşı Könül Tahirova onun evə gec gəlməyinə görə ona iradlarını bildirmiş, o, isə etiraz edərək arvadının iradlarına qarşı çıxmışdır. Bu zaman aralarında mübahisə baş vermiş, mübahisə zamanı əsəbiləşib Könül Tahirovanın qolundan bir dəfə yumruqla vurmuşdur. Bundan sonra anası onları aralaşdırmış, arvadı evi tərk edərək qohumlarının evinə getmişdir. Törətdiyi əməldən səmimi peşmandır. X1 ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və X8 ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izah etdi ki, Şəxs ilə 2002-ci ildə ailə həyatı qurmuş, əvvəllər münasibətləri yaxşı olmuşdur. Son zamanlar aralarında baş vermiş münaqişələrə görə ailə münasibətləri pisləşmişdir. Belə ki, həyat yoldaşı Mahir son vaxtlar evə gec gəlir, ailəsinə lazımi diqqət və qayğı göstərmir, bu səbəbdən aralarında bir neçə dəfə mübahisə olmuşdur. Sonuncu dəfə 17.09.2021-ci il tarixdə saat 14.00 radələrində evdə olan zaman əri ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs onun qol nahiyyəsindən yumruqla vurub xəsarət yetirmişdir. Evdə olan qaynanası onları aralaşdırmış, o, isə evi tərk edərək, qohumlarının evinə getmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 19 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17.09.2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanında yaşayan həyat yoldaşı X7 döymüşdür. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin 18 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X3 Bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 18.09.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18.35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar