Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-718/2025 07.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, səlahiyyətli orqanın nümayəndəsi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Bərdə rayonu Samuxlu kəndində qeydiyyatda olan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin ünvanına 77LX478/99YE478 nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq gələn Balıq yemi yükünə xx.xx.2025-ci il tarixli, **********3769 nömrəli Qısa idxal bəyannaməsinin malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilmədiyi müəyyən edilmiş və bu barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli, 3-33- 1600/019/001109 saylı Raport daxil olmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin ünvanına 77LX478/99YE478 nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq gələn Balıq yemi yükünə xx.xx.2025-ci il tarixli, **********3769 nömrəli Qısa idxal bəyannaməsinin malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilmədiyi müəyyən edilmiş və bu barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli, 3-33-1600/019/001109 saylı Raport daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMCnin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Rabitəbank vasitəsi ilə 01 aprel 2025-ci il tarixdə 36.20 manat ödəniş qısa idxal bəyannaməsi üzrə ödəniş etmişdir 01 aprel 2025-ci il tarixdə saat 13.59-da rəsmiləşdirmək üçün göndərilmiş, həmin tarixdə saat 14.34-də isə Yük avtomobili gömrük sərhədindən keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 00900-00143/25 nömrəli, 22 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vxx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin ünvanına 77LX478/99YE478 nömrəli nəqliyyat vasitəsi ilə daşınaraq gələn Balıq yemi yükünə xx.xx.2025-ci il tarixli, **********3769 nömrəli Qısa idxal bəyannaməsinin malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilmədiyi müəyyən edilmiş və bu barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli, 3- 33-1600/019/001109 saylı Raport daxil olmuşdur. İD **********3769 nömrəli Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13.59-da rəsmiləşdirilmək üçün göndərilmişdir. DGK tərəfindən əlavə edilmiş fotoşəkildən görünür ki, ** LX *** qeydiyyat nişanlı DAF markalı yük avtomobili gömrük postunu saat xx.xx.2025-ci il tarixdə saat: 14.34-də keçmişdir Rabitəbank vasitəsi ilə ödənilən RZ********** saylı qəbzdən görünür ki saat 13.20-də DGKnə 36.20 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrəinzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) olması müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 106.0.5-ci maddəsinə əsasən Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılması məsələsini həll edir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokolu, səlahiyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dispozisiyasına əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin elektron formada verilməməsinə görə inzibati məsuliyyət yarandığından, hazırkı halda isə qeyd olunan yükə dair qısa idxal bəyannaməsinin "xxxx" MMC-nin tərəfindən mallar gömrük sahəsinə gətirilməzdən əvvəl elektron formada verilməsi ilə inzibati xətanın törədilməsi istisna olunduğundan "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İD **********3769 nömrəli Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13.59-da rəsmiləşdirilmək üçün göndərilmişdir, həmçinin Rabitəbank vasitəsi ilə ödənilən RZ********** saylı qəbzdən görünür ki saat 13.20-də DGK-nə 36.20 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-718/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-718/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver