Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-719/2020 29.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Kömitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin ünvanına Rusiya Federasiyasından X133TM76 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş “Elektrik turbin hissələri” yükü xx.xx.2020-ci il tarixli, **********1584 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına X133TM76 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 izahat verərək bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına X133TM76 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Rusiya Federasiyasının “Siloviye Maşını” şirkəti ilə , “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə görə tədarükçü planlaşdırılan məhsulun yüklənib göndərilmə tarixinə ən azı 10 gün qalmış alıcının elektron poçtuna məlumat göndərilməsini öhdəliyinə götürmüşdür. Bu barədə, tərəflər arasında bağlanmış müqavilənin 7.3.1-ci bəndində qeyd edilmişdir. Lakin ixracatçı şirkət, yəni “Siloviye Maşını” şirkəti tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına X133TM76 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilən “Elektrik turbin hissələri” yükünə dair ixracatçı şirkət tərəfindən yükün nə vaxt yüklənərək Azərbaycan Respublikasına yola salınması barədə məlumat vermədiyi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Hazırda təmsil etdiyi hüquq şəxs, ixracatçı şirkətin təqsiri üzündən qeyd edilən xətanı törətmiş olur. Göstərlənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 11000-1493/20 saylı protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına Rusiya Federasiyasından X133TM76 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş “Elektrik turbin hissələri” yükü xx.xx.2020-ci il tarixli, **********1584 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin ünvanına X133TM76 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsində müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-719/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-719/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver