Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-719/2022 18.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Yevlax Rayon Polis X3 Polis Bölməsində tərtib edilmiş İXP ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları qanuni qüvvəyə mindiyi vaxtdan üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Yevlax Rayon Polis Şöbəsinin nümayəndəsi və Şəxs məhkəməyə gəlmədiklərinə görə məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******* №-li, 13 fevral 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Yevlax Rayon Məhkəməsinin 3(039)-577/2022 №-li, 03 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******* №-li, 13 fevral 2022-ci il tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******* №-li, 13 fevral 2022-ci il tarixli qərarı Yevlax Rayon Məhkəməsinin 3(039)-577/2022 №-li, 03 iyun 2022-ci il tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-719/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-719/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver