Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-720/2021 20.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi ev 39-da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X1 Ziyafət Həmid oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, Yevlax şəhəri Ə.Şıxlınski küçəsində yaşayan X10 19 sentyabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Şəxs spirtli içki qəbul edərək onun yaşadığı evə gələrək onu və ailə üzvlərini söyərək təhqir etməsi barədə məlumat vermişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 19 sentyabr 2021-ci il tarixdə saat 12:30 radələrində Yevlax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən yaşadıqları evdə həyat yoldaşı Leyla Həsənova ilə aralarında xırda mübahisə olmuşdur. O, həyat yoldaşı Leyla Həsənovanı söyüb təhqir etməmişdir. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında X10 şahid qismində ifadə verərək bildirmişdir ki, həyat yoldaşı Şəxs spirtli içki aludəçisidir. 19 sentyabr 2021-ci il tarixdə saat 12:30 radələrində Şəxs içkili vəziyyətdə olduğundan yaşadıqları evdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs yaşadıqları evdə səs-küy salaraq onu söyüb təhqir etmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmə polis sahə rəisi, polis mayoru Əmirxan Namazovun çıxışını, şahid ifadəsini və Şəxs izahatını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, X5 Yevlax Rayon Polis Şöbəsinin rəisinə yazdığı 19 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı Şəxs mütəmadi olaraq onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyini bildirərək, bu barədə tədbir görülməsini xahiş etmişdir. X10 20 sentyabr 2021-ci il tarixdə məhkəmə zalında verdiyi ifadəsində isə göstərmişdir ki, 19 sentyabr 2021-ci il tarixdə saat 12:30 radələrində yaşadıqları evdə həyat yoldaşı Şəxs onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. İnzibati xəta haqqında 19 sentyabr 2021-ci il tаrixli MN ******* nömrəli protokoldan isə görünür ki, Şəxs 19 sentyabr 2021-ci ildə, saat 12:30 radələrində həyat yoldaşı X6 nalayiq söyüşlərlə söyərək təhqir ediyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 19 sentyabr 2021-ci il tarixdə, saat 12:30-da həyat yoldaşı Leyla Həsənova ilə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə etmiş və bu zaman Şəxs həyat yoldaşı Leyla Həsənovaya qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi yoxdur. Belə ki, həmin maddəyə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X4 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-720/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-720/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver