Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-722/2021 22.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X6 Bölməsinin sahə rəisi, polis leytenantı X4, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1964-cü ildə Laçın rayonunda olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Meşə qəsəbəsində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 03 sentyabr 2021-ci il tarixdə Yevlax şəhəri Meşə qəsəbəsində yaşayan X3 döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, Yevlax şəhəri Meşə qəsəbəsində yaşayan Sədrəddin Alirzayev 03 sentyabr 2021-ci il tarixdə ərizə ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək 03 sentyabr 2021-ci il tarixdə baş vermiş münaqişə zamanı qardaşı Ağamirzə Alirzayevin və oğlu Əfqan Alirzayevin onu ağacla vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. Bundan sonra Sədrəddin Alirzayevin müraciəti əsasında toplanmış material üzrə Yevlax Rayon Polis X8 təhqiqatçısı, polis baş leytenantı X9 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli qərarı ilə Ağamirzə Alirzayevin əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Sədrəddin Alirzayev barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Ağamirzə Alirzayevin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında bildirmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində qardaşı Ağamirzə Alirzayevin iri buynulzlu heyvanları ona məxsus otlaq sahəsinə daxil olmuş, heyvanları həmin ərazidən çıxartmağı xahiş etdikdə X5 Alirzayev heyvanları həmin yerdən çıxartmayacağını bildirərək onu söyüb təhgqir etmişdir. Aralarında mübahisə baş vermiş və heyvanları öz evinə gətirərkən küçədə Ağamirzə Alirzayevlə rastlaşmışdır. Aralarında yenidən mübahisə yaranan zaman Ağamirzə Alirzayev əlində olan ağacla onun üzərinə hücüm etmiş və ağacla bədənin müxtəlif nahiyyələrindən vuraraq ona xəsarət yetirmişdir. O, heç kimi döyməmişdir. X10 barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, Sədrəddin Alirzayev onun qardaşıdır. 03 sentybar 2021-ci il tarixdə saat 17 radələrində həyat yoldaşı Cəvahir Alirzayeva və qızı Gülnaz Alirzayeva ağlaya-ağlaya evə gəlmiş, nə olduğunu soruşduqda qardaşı Sədrəddin Alirzayevin onları meşə ərazisindən qovmasını və onları ağacla döyməsi bildirmişlər. Heyvanları həmin ərazidən evə gətirməyə gedərkən yolda qardaşı Sədrəddin Alirzayevlə rastlaşmış, aralarında mübahisə baş vermiş, mübahisə zamanı Sədrəddin Alirzayev əlindəki ağacla onun baş və ayaq nahiyyələrindən vuraraq xəsarət yetirdiyinə görə, o, da özünü müdafiə etmək üçün əlində olan ağacla Sədrəddin Alirzayevin ayaq nahiyyəsindən vurub ona xəsarət yetirmişdir. Bundan sonra Sədrəddin Alirzayev özü özünə xəsarət yetirməyə başlamışdır. Ağamirzə Alizayevin həmin inzibati xətanı törətməsində təqsiri özünün izahatı, ekspert rəyi, zərər çəkmiş şəxs Sədrəddin Ağamirzəyevin ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X8 təhqiqatçısı, polis baş leytenantı Səddam Əsgərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Sədrəddin Alirzayev barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. “MTE və PA Birliyi”-nin Yevlax Rayon Şöbəsinin 04 sentyabr 2021-ci il tarixli, 584 saylı ekspert rəyində göstərilmişdir ki, Şəxs “sağ qalça çuxurunun, sağ baldırın sıyrığı, ənsə nahiyyəsinin şişkinliyi” xəsarətini almış, həmin xəsarətin əmələ gəlmə müddəti 03 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. “MTE və PA Birliyi”-nin Yevlax Rayon Şöbəsinin 04 sentyabr 2021-ci il tarixli, 584 saylı ekspert rəyində göstərilmişdir ki, X7 “sol baldırın arxa səthinin qançırı, qançır fonunda şişkinliyi, sol budun yuxarı 1/3-nin yan səthinin qançırı, sol saidin yuxarı 1/3-nin arxa səthinin əzilmiş yarası, sol tərəf bel nahiyyəsinin qançırı, sağ mil-bilək oynağının şişkinliyi” xəsarətini almış, həmin xəsarətin əmələ gəlmə müddəti 03 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-722/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-722/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver