Məhkəmə qərarları › İş №3(039)-724/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-724/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-724/2021 22.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxslər X2 və X3 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş 21.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 07.09.2021-ci il tarixdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində yaşayan X5 və bacısı X6 döymüşdür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, protokolun tərtib edilməsinin əsası cinayət işinin başlanmasının rədd olunması haqqında təhqiqatçı tərəfindən qəbul olunmuş 17.09.2021-ci il tarixli qərardır. Həmin qərardan Şəxs Yevlax rayon prokurorluğuna şikayət vermişdir. Belə olan halda Cinayət Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən həmin qərarın dəyişdirilərək ləğv edilməsi halı mövcüd olduğundan hazırda iş üzrə obyektiv qərar qəbul etmək qeyri mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; Məhkəmə hesab edir ki, Şəxs barəsində olan tərtib olunmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə materiallar geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 109, 111, 128-130-cü maddəlləri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində olan tərtib olunmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə materiallar geri qaytarılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli qərarına əsasən qərardan şikayət verilə bilməz. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar