Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-725/2021 06.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxsnun iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 05.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan Şəxs 04 avqust 2021-ci il tarixdə sutkanın qaranlıq vaxtında Yevlax rayonu Qaraməmmədli kənd yolunda mal-qaranı yolun bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirdərək, sürücü Zərərçəkmiş şəxs məxsus “Hyundai Santafe” minik markalı, 02BR012 dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər dəymişdir. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Yevlax rayonu, Qaraməmədli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, maldarlıqla məşğuldur. 04 avqust 2021-ci il tarixdə səhər saatlarında özünə məxsus doqquz baş iri buynuzlu mal-qaranı həmin kənddə otarmağa aparmış, həmin günü də axşam saatlarında mal-qaranı yaşadığı yerə aparmaq üçün asfalt yoldan keçirən zaman, bir baş iri buynuzlu inəyi sürücü Zərərçəkmiş şəxs məxsus “Hyundai Santafe” minik markalı, 02BR012 dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər yetirmişdir. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə dəymiş olan maddi zərər tərəfindən ödənilməmişdir. Qeyd edir ki, hadisə zamanı ona məxsus bir baş iri buynuzlu inəyi tələf olmuşdur. Məhkəmədən qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 04 avqust 2021-ci il tarixdə sutkanın qaranlıq vaxtında etibarnamə ilə idarə etdiyi “Hyundai Santafe” minik markalı, 02BR012 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Yevlax rayonu Qaraməmmədli kəndinə çatana yaxın qəflətən asfalt yola bir baş inək malı çıxmış və həmin malı vurmuşdur. Qaranlıq olduğundan heyvanı görməmişdir. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Ona dəymiş olan maddi zərər inzibati xəta törədən şəxs tərəfindən ödənilməmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur, heç bir xəsarət almamışdır. Məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X4 Xidmətinin baş inspektor, polis kapitanı X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 04 avqust 2021-ci il tarixli, 420 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı sərxoşluq əlaməti olmamışdır. İş materiallarında olan Ağdam rayonu “Avto Servis” tərəfindən verilmiş rəydə “Hyundai Santafe” minik markalı, 02BR012 dövlət qeydiyyat nişanlı avtomobilə 3110 (üç min yüz on) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxsnun izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Zərərçəkmiş şəxs izah edilsin ki, ona dəymiş olan maddi zərərin ödənilməsi üçün aidiyyəti üzrə məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : xx.xx.1990-cı il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-725/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-725/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver