Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-726/2025 30.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yevlax rayonunun Nəərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 14:30-da Yevlax rayonunun Köyük kəndində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, heç bir inzibati xəta hadisəsi törətmədiyini, həmin vaxt Yevlax rayonunun Köyük kəndində olmadığını, polis əməkdaşları tərəfindən heç bir əsas olmadan saxlanılaraq polis şöbəsinə gətirildiyini göstərərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şahidlərin ifadələri və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs barəsində Yevlax rayon X7 Bölməsinin icraatında olan material ilə əlaqədar 30 aprel 2025-ci il tarixdə, saat 14:30-da Şəxs Yevlax rayonunun Köyük kəndində yaxınlaşaraq, özlərini ona təqdim etdikdən sonra onu Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs onlara qarşı aqressiya göstərərək, gəlməyəcəyini bildirmiş və nalayiq ifadələr işlətmişdir. Bəhrüz Yunislini nizam-intizama dəvət etsələr də, o qaçmağa cəhd etmiş və buna görə də Şəxs saxlayaraq Yevlax rayon Polis Şöbəsinə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alıb onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzabit qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlama müddətinin əvvəli faktiki saxlanıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 14:30-dan hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 11 (on bir) manat manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-726/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-726/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver