Məhkəmə qərarları › İş №3(039)-727/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-727/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-727/2024 05.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X2, Müdafiəçi Vəkil barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Yevlax rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri 32-ci məhəllədə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 05 avqust 2024-cü il tarixdə saat 12.00-da Yevlax şəhəri K.Sabitov küçəsində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, ucadan səs-küy salmış və müayinə zamanı müəyyən olmuşdur ki narkotik vasitənin təsiri altında olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 05 avqust 2024-cü il tarixdə saat 12.00-da Yevlax şəhəri K.Sabitov küçəsində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, ucadan səs-küy salmış və müayinə zamanı müəyyən olmuşdur ki narkotik vasitənin təsiri altında olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, narkotik vasitəni tərgitdiyini, və atasına buna görə söz verdiyini, . sonucu dəfə nə zaman istifadə etdiyini unutduğunu bildirmiş. Əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs barəsində yünügl cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin əməkdaşı X1 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 05 avqust 2024-cü il tarixdə saat 12.00-da Yevlax şəhəri K.Sabitov küçəsində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, ucadan səs-küy salmış və müayinə zamanı müəyyən olmuşdur ki narkotik vasitənin təsiri altında olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır və narkotik vasitədən istifadə etmişdir; 803 №-li, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs narkotik vasitə aşkar edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hall hesab edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xəta törətmiş şəxsin sərxoş olmasını (İXM 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona İXM-nin 206-cı maddəsinin sanksiyası hədləri daxilində (daha ciddi xətaya görə) inzibati qaydada həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib 21 (iyirmi bir) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 05 avqust 2024-cü il tarixdən saat 17:40-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o,yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 10 (on) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil oğuna ödənilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar