Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-728/2021 24.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN seriyalı ******* saylı, 24 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 14.09.2021-ci il tarixdə saat 11.39 radələrində Yevlax şəhərində küçədə Zərərçəkmiş şəxs ictimai yerdə nalayiq sözlərlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 izah etdi ki, Yevlax rayonu, Malbinəsi kəndində yaşayan Zərərçəkmiş şəxs 14.09.2021-ci il tarixdə saat 11.39-da DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək, Şəxs telefonla onu təhqir etməsi barədə 18.06.2021-ci il tarixdə Yevlax RPŞ-ə ərizə ilə müraciət etməsinə baxmayaraq nəticə olmamasına narazı olduğunu bildirmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax şəhəri, İnternat məktəbində yaşayır. Zərərçəkmiş şəxs çoxdandır tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Borcu olduğu üçün Zərərçəkmiş şəxs qızıl-zinyət əşyası götürmüşdür ki, onları satıb borcunu ödəsin. Sonradan maddi imkanı olmadığına görə Zərərçəkmiş şəxs borclu olduğu 1900 manat pulu ödəyə bilməmişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxs ona dəfələrlə telefonuna zəng etmiş və pulunu istəmişdir, o, isə maddi imkanının yaxşılaşacağı bir vaxtda borcunu ona qaytaracağını bildirmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs zəng edərək ondan borcunu tələb edəndə onu nalayiq ifadələr ilə söyüb təhqir etmişdir. Bundan başqa onu küçədə ictimai yerdə nalayiq sözlərlə söyüb təhqir etmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmandır. Zərərçəkmiş şəxs üzr istəyir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs əvvəllər tanımışdır. Onunla yaxşı münasibətdə olmuşdur. Şəxs borcu olduğundan ona ehtibar edib qızıl-zinyət əşyası vermişdir ki, borcunu ödəyib bağlasın. Sonradan Şəxs ona olan borcunu qaytarmaqdan yayınmışdır. Dəfələrlə ondan borcunu istəsə də, Şəxs hər dəfə bəhanə ilə borcu qaytarmaqdan yayınmışdır. Sonuncu dəfə Şəxs zəng edərək, pulunu gətirməyi ondan tələb etmiş, lakin Şəxs onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Bundan başqa 14.09.2021-ci il tarixdə saat 11.39 radələrində onu küçədə ictimai yerdə nalayiq sözlərlə söyüb təhqir etmişdir. O, da həmin tarixdə rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ondan şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Məhkəmə Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi kimi məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, Şaplar kəndində qeydiyyatda olan, Yevlax şəhəri İnternat məktəbində yaşayan Şəxs oğu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-728/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-728/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver